Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

“Kreditlər üzrə faiz dərəcələri aşağı salınacaq”


    Azərbaycan Mərkəzi Bankı (AMB) gələcəkdə kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması ilə bağlı addımlar atmaq niyyətindədir. 

   "Xeberinfo.com": AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu cümə axşamı Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. 

    E.Rüstəmov deyib ki, hazırda maliyyə naziri Samir Şərifovla kreditlər, xüsusilə də biznes kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması ilə bağlı müzakirələr aparılır.
Onun sözlərinə görə, biznes kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə çatdırılması əsas hədəflərdəndir.

    E.Rüstəmov deyib ki, əmanətlər üzrə faiz dərəcəsinin yüksək olması kredit faizlərinin yüksək olmasına gətirib çıxarır: “2014-cü ildə Azərbaycan iqtisadiyyatı üzrə faiz dərəcəsi 14,3% təşkil edir. Bunun təxminən 3/4-ü kommersiya kreditləridir. Bu kreditlər üzrə faiz dərəcəsi 10,8% təşkil edir. Yəni, təxminən 11%-dir. Bu kreditlərin 1/4-ni təşkil edən istehlak kreditləri üzrə faiz dərəcəsi təxminən 18% təşkil edir. Lakin bu istehlak kreditlərinin strukturu çox müxtəlifdir. Burada kreditlər iki hissəyə bölünür: təminatlı və təminatsız. Tutaq ki, avtomobil kreditləri üzrə faiz dərəcəsi 14,8%-dir. Dövlət xətti ilə verilən ipoteka kreditləri üzrə faiz dərəcəsi isə 4 və 8%-dir".

    Qeyd edək ki, Milli Məclisin dünən keçirilən iclasında Azərbaycanda ipoteka kreditlərinin faiz dərəcələrinin yüksək olduğu barədə iradlar bildirilmişdi. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam