Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Manat əvvəlki vəziyyətinə qayıdır

 

İqtidar Neft Fondunun vəsaitlərini xərcləməyə qərar verdi; Xaricdəki 37 milyard dollar ehtiyatımızın təqribən 3-4 milyardı manatın kursunu bərpa etmək üçün gətirilir; neft karteli-OPEK-in üç əsas ölkəsi ilə intensivləşən təmaslar səbəbsiz deyilmiş; bəzi məmurlar 21 fevralın əksi prosesindən də milyonlar qazanmaq niyyətindədir... 

"Xeberinfo.com":   Neftin qiymətinin dünya bazarında ucuzlaşması ilə manatının da devalvasiyası və milli valyutaya mümkün “ikinci zərbə” haqda əhalidə artan narahatlıq Azərbaycan iqtidarını qabaqlayıcı addımlar atmağa məcbur edib. Büdcədə neftin qiyməti 90 dollar nəzərdə tutulduğundan yaxın vaxtlarda hökumətin dövlət xərclərində bəzi ixtisarlar edəcəyi gözlənilirdi. İqtisadiyyatı əsasən, “qara qızıl”dan asılı olan qonşu Rusiya ehtiyat fondlarını tam zəiflətməmək üçün bu cür ixtisarlara getməyə məcbur olmuşdu.

 
Amma Azərbaycan iqtidarı nəinki büdcə xərclərini azaltmağa, əksinə əhalinin əsas narahat edən manatı əvvəlki kursuna qaytarmaq üçün ciddi fəaliyyətə keçib.
 
Xəbərlərə görə, hökumət əhalinin ciddi maraqlandıran manatın məzənnəsinin “sərbəst üzərək” nəzarətdən çıxmaması üçün Neft Fondunun xaricdə ehtiyat kimi saxlanılan vəsaitlərini xərcləyəcək. Baş nazirin sabiq müavini, hökumətin iqtisadi komandasının planlarından xəbərdar olan deputat Vahid Əhmədov da AzadlıqRadiosuna müsahibəsində bu məlumatı təsdiqləyib. “Başqa cür mümkün deyil. 
 
Bəs Neft Fondu nədən ötrü yaradılıb? Əlbəttə ki, bu cür kritik vəziyyətlər yarananda, iqtisadi böhran yarananda vəziyyətdən çıxmaq üçün”. Vahid Əhmədov Neft Fondunun xaricdəki vəsaitlərinin nə qədərini geri çağıracağını bilmir, amma müstəqil iqtisadçılar təqribən 3-4 milyard dollar civarında olacağını proqnozlaşdırırlar. Məlumatlara görə, hazırda Neft Fondunun 2,7 milyard vəsaiti depozit və pul şəklindədir - bunlar sərbəst vəsaitlərdir və qısa müddətdə geri çağırıla bilər. Qalan vəsaitlər isə səhm portfeli, daşınmaz əmlak və qızıl şəklindədir.
Qeyd edək ki, bu il yanvarın 1-nə olan məlumata görə, Neft Fondunun vəsaitləri 37 milyard dollardır.
***
Xəbərlərə görə, iqtidarın iqtisadi komandası əhalidə narazılıq doğuran 21 fevral devalvasiyasına getmək istəmirmiş. Amma xaricdəki pulların gətirilməsində iki aylıq müddət hökuməti bu addıma vadar edib. Bundan sonra ölkədə əhalinin xüsusilə bank sektorundan ciddi narazılığı yarandı. 
Eləcə də dolların 2 manatadək bahalaşacağı haqda xəbərlərin yaratdığı ajiotaj səngimir ki, bu da “Bakı-2015"ərəfəsi sosial gərginlik, iqtidardan narazılıq yaradır. Yada salaq ki, Avropa Oyunlarından sonra Azərbaycan parlament  seçkiləri ovqatına köklənəcək və belə görünür ki, müxalifət ”manatın devalvasiyasını" iqtidara qarşı ən ciddi kozır kimi önə çəkmək niyyətindədir.
“Forbes” nəşri son sayında yazır ki, Azərbaycan manatı MDB məkanında böhrana ən davamlı və devalvasiyaya ən az məruz qalan valyutadır. Bu isə onu göstərir ki, iqtidar manatın “kəsrini” külli-miqdarda deyil, yalnız Neft Fondunun ehtiyatlarından müəyyən vəsait xərcləməklə düzəltməyə qərarlıdır.
Hökumətin Neft Fondunun vəsaitlərini manatın kursunun sabitləşməsinə yönəltməyə qərar verməsinin daha bir ciddi səbəbi də var. Belə ki, Azərbaycan iqtidarı neft karteli - OPEK-in xüsusilə üçü əsas ölkəsi ilə son günlər  intensivləşən təmasları səbəbsiz deyilmiş.
Redaksiyamıza verilən xəbərə görə, Azərbaycan iqtidarı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və İraqla təmaslarda neftin qiymətinin yaxın aylardakı qiyməti ilə bağlı informasiya alıb. Çünki dünyada neftin ixrac qiymətini OPEK-də diktə edən üç ölkə var: Səudiyyə Ərəbistanı, İraq və Liviya. Bu sırada BƏƏ-də var. Xatırladaq ki, Dubay əmiri ötən ay Bakıda olub, bundan sonra gözlənilmədən Azərbaycan prezidenti Səudiyyə Ərəbistanına gedib və kral da daxil, neft sektorunu kurasiya edən əmirlərlə görüşüb. 
Bu günlərdə isə gözlənilmədən daha bir səfər reallaşıb. Bu dəfə SOCAR prezidenti Rövnəq Abdullayev İraqa səfər edib və neft naziri ilə görüşüb. Bu səfərlər iqtidarın “ərəb açılımı” kimi izah edilsə də, mənbəmiz israr edir ki, bu görüşlərdə əsas müzakirə neftin yaxın aylardakı qiyməti ilə bağlı olub. “Hökumət dünyadakı neft oyunçularından qiymətlə bağlı informasiyalar əldə etdikdən sonra Neft Fondunun pullarının ölkəyə gətirməsinə qərar verib. Yəni neftin hətta 20 dollara düşəcəyi barədə xəbərləri dəqiqləşdirməyə ehtiyac yaranmışdı. Belə bədbin proqnozların həqiqət payı olsaydı, iqtidar Neft Fonduna əl dəyməzdi. 
Manatın dollara nisbətdə 78 qəpik olmasa da, bundan sonra 87-90 qəpik həddə gətiriləcəyi proqnozlaşdırılır” deyə,  qaynağımız bildirib. Yeri gəlmişkən, dünyada neftin qiymətində də artım hiss olunmaqdadır. Aprelin 17-də olan məlumata görə, neftin qiyməti 65 dollara yaxınlaşıb...
*    *    *
Manatın əvvəlki kursuna qaytarılacağı barədə xəbərlər hökumət kuluarlarında yayıldıqdan sonra bəzi məmurlar, xüsusilə bankı olanlar yenidən qazanc üçün “əllərini əllərinə” sürtməyə başlayıblar. Belə xəbərlər var ki, iqtisadi sektora aid bir nazirin türklərlə ortaq olan bankına son günlər külli miqdarda manat gətirilib. Dolların “göylərə” qalxdığı, manatla hətta kreditlərin  dayandırıldığı bir vaxtda külli-miqdarda milli valyutanın banka yatırılması maraq doğurur. İddiaya görə, bu, dolların tezliklə enişindən xəbərdar olan həmin məmur bu dəfə 21 fevralın əksi prosesindən də milyonlar qazanmaq niyyətini göstərir.
“Yeni Müsavat”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam