Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dövlət büdcəsinə təkrar baxılacaq

 

“Neftin qiymətini dövlət büdcəsində 90 dollar götürmüşük. Biz bu rəqəmin çox yüksək olduğunu demişdik. Lakin neftin dövlət büdcəsinə birbaşa təsiri 14%-dir, yəni, 2 milyard 200 milyon manatdır. Mən Dövlət Neft Fondundan 10,3 mlrd. manat həcmində transferi nəzərdə tutmuram.
Əgər neftin qiyməti 10 dollar aşağı düşərsə, bu, Azərbaycanın dövlət büdcəsinə 240-250 milyon dollar civarında təsir göstərir. Əgər 30 dollar azalma olarsa, bu, 750-800 milyon dollar səviyyəsində təsir edir.”

"Xeberinfo.com":   Məlumata görə, bu sözləri İslam maliyyəsi üzrə Bakıda keçirilən beynəlxalq konfransda deputat Vahid Əhmədov bildirib.
Deputatın sözlərinə görə, bu azalma Azərbaycan üçün böyük problem deyil, “ehtiyatımız var”.
“Dövlət büdcəsinə may-iyun aylarında baxıla bilər. Lakin büdcəyə ciddi təsir olmayacaq. Ümumi götürdükdə isə, neftin qiymətinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına çox ciddi təsiri var, çünki bizim iqtisadiyyatımız neftdən-qazdan asılı iqtisadiyyatdır”.
Deputat həmçinin büdcə xərclərində aparılacaq ixtisarlara toxunub:
“Birmənalı olaraq deyirəm ki, sosial layihələr ixtisar olunmayacaq. Biz 7 milyard manat həcmində investisiya layihələrini nəzərdə tutumuşuq. Artıq Azərbaycan hökumətinin qərarı çıxıb. 7 milyard manatın 2 milyardı ehtiyat kimi saxlanılıb”.

 

Oxu.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam