Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Federasiya dopinqə görə cəzalanan idmançı ilə bağlı -açıqlama yaydı

Federasiya dopinqə görə cəzalanan idmançı ilə bağlı açıqlama yaydı

Azərbaycan Taekvondo Federasiyası Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən dopinqə görə cəzalandırılan Ramin Əzizov barədə açıqlama yayıb. 

Yenixeber.org: Federasiyadan verilən məlumata görə, bu barədə məktub AMADA tərəfindən federasiyaya iyulun 6-da göndərilib, lakin koronavirus pandemiyası səbəbindən əməkdaşların işdə olmaması məktubun rəhbərliyə çatmaması ilə nəticələnib. Buna görə də federasiya rəsmiləri diskvalifikasiya barədə məlumatdan AMADA-nın açıqlamasından sonra xəbər tutub.

Bildirilib ki, Ramin Əzizov mart ayında idmançı karyerasını başa vurması barədə quruma rəsmi müraciət edib. Onun bundan sonra yarışlara çıxmayacağını nəzərə alan federasiya rəhbərliyi bu hadisə ilə bağlı hər hansı tədbir görməyi və ya hansısa quruma müraciət etməyi düşünmür.

Qeyd edək ki, AMADA idmançının orqanizmində istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi aşkarlayıb və ona iki illik cəza verilib. 

Xatırladaq ki, Ramin Əzizov (80 kq) 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, 2012-ci ildə Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında gümüş, 2014-cü ildə Bakıdakı eyni yarışda bürünc medal əldə edib. Taekvondo 2014-cü ildə Cənubi Koreyadakı dünya çempionatında bürünc medal qazanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam