Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Daha 4 idmançı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb

 

Azərbaycanın daha 4 idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.

Yenixeber.org: Güləşçilər Əli Əminzadə, Azərşakib Məhəmməd, ağırlıqqaldıran Vasif Səfərov və güllə atıcısı Jalə Bayramova diskvalifikasiyaya məruz qalıb.

Ə. Əminzadədən alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində ekzogen, dehidroxlorometil-testosteron metaboliti tapılıb. O, bu səbəbdən 48 ay cəzalandırılıb. Güləşçinin diskvalifikasiya müddəti 2018-ci il martın 28-dən hesablanmağa başlanılıb.

A. Məhəmməd də eyni cəzaya məruz qalıb. 4 illik diskvalifikasiya edilən idmançıda metenolon metaboliti aşkarlanıb. O, xalçaya 2023-cü il iyulun 1-dən sonra qayıda biləcək.

Ağırlıqqaldıran V. Səfərov ekzogen əsilli “5aAdiol” və “5bAdiol” endogen AAS (IRMS) və klenbuteroldan istifadədə günahlandırılaraq, 48 aylıq diskvalifikasiya olunub. İdmançının cəza müddəti 2023-cü il aprelin 9-da yekunlaşacaq.

Güllə atıcısı J. Bayramova isə 2021-ci ilin avqustun 1-dən sonra karyerasını bərpa edə bilər. 24 aylıq cəzalanan idmançı atimulyantlar/ amfetamindən istifadədə günahlandırılır.

Qeyd edək ki, AMADA daha öncə 49 idmançımıza cəza tətbiq edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam