Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

5 idmançı -dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb

5 idmançı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb
Atlet Azər Əhmədov, cüdoçular Rüfət İsmayılovla Aliyə Müslümova, ağırlıqqaldıran Orxan Zeynalov və velosipedçi Kirill Pozdnyakov diskvalifikasiyaya məruz qalıb. 
Yenixeber.org: Azərbaycan Milli Antidopinq Agentliyinin saytına istinadən xəbər verir ki, A.Əhmədovdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində metandienon metaboliti və mestanolon metaboliti tapılıb. O, bu səbəbdən 18 ay cəzalandırılıb. A. Əhmədovun diskvalifikasiya müddətinin artıq bitdiyi də qeyd edilib. 2017-ci il noyabrın 23-dən cəzası hesablanan atletə bu il mayın 23-də yarışlarda iştirak icazəsi verilib. 

R. İsmayılovun da cəzası eyni vaxtda bitib. 1 illik diskvalifikasiyaya məruz qalan cüdoçuda metilstenbolon üzə çıxıbmış. Digər cüdoçu A. Müslümova isə cəzasını 2021-ci il aprelin 11-də başa vuracaq. Bu ilin 11 aprelində orqanizmində furosemid tapılan idmançı 24 ay tatamidən uzaq qalacaq. 

Ən uzunmüddətli cəza ağırlıqqaldıran O. Zeynalova tətbiq edilib. O, müxtəlif endogen AAS (IRMS) və klenbuteroldan istifadədə günahlandırılaraq, 48 aylıq diskvalifikasiya olunub. İdmançının cəza müddəti 2023-cü il martın 7-də yekunlaşacaq. 

Velosipedçi K. Pozdnyakov 2021-ci ilin yanvarın 2-dən sonra karyerasını bərpa edə bilər. 24 aylıq cəzalanan idmançının metilfenidat metabolitindən istifadədə günahlandırılır. Sanksiyanın son 6 ayına sınaq müddəti kimi qərar verilib. 

Qeyd edək ki, AMADA daha öncə 44 idmançımıza cəza tətbiq edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam