Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“Qurumlar gecə-gündüz çalışmalı olacaq” - Xaricdən Azərbaycana axın gözlənilir

“Qurumlar gecə-gündüz çalışmalı olacaq” -

Bildiyiniz kimi, Bakı daha bir mötəbər yarışa ev sahibliyi edən şəhərlərdən biri olacaq. Belə ki, gələn ilin yayında Avropa Çempionatının (Avro-2020) 4 oyunu paytaxtımızda keçiriləcək.

Yenixeber.org: Bunlardan 3-ü qrup mərhələsinin, 1-i isə 1/4 final mərhələsinin oyunlarıdır. UEFA-nın elan etdiyi təqvimə əsasən, Türkiyə millisi A qrupunun 2 oyununu burada oynayacaq. "Ay ulduzlular"ın rəqibi iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə olacaq. Bakı Olimpiya Stadionundakı ilk qarşılaşma isə iyunun 13-də Uels və İsveçrə milliləri arasında təşkil ediləcək. 1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.

UEFA Bakıdakı qarşılaşmalar üçün Türkiyə millisinə və rəqiblərinə hər oyun üçün 20 min bilet verəcək. 30 min bilet isə ev sahibi olan Azərbaycana veriləcək. Bu isə "ay-ulduzlular"ı 70 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda hər oyunda 50 min azarkeşin izləyəcəyi anlamına gəlir. Xarici fanatlara Heydər Əliyev Beynəlxalq Aeroportunda 1 aylıq viza veriləcək.

Bəs görəsən, Azərbaycan bu mötəbər yarışı keçirməklə nə qazanacaq? Bu oyunlara görə ölkəmiz iqtisadi cəhətdən əldə edəcək?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq. "Yeni Sabah"a danışan N. Cəfərli bildirib ki, minlərlə azarkeşin Bakıya gələcəyini nəzərə alsaq, bu yarışdan həm xırda, həm də iri sahibkarlar xeyli gəlir əldə edəcək və turist axının çox olması büdcəyə də əlavə vəsaitin daxil olmasında yardımçı olacaq:

"Əslində, bu Azərbaycan dövlət, hökumət orqanları və təşkilatçıları üçün ciddi çağırış olacaq. Çünki "Formula-1" yarışından 6 gün sonra futbol üzrə yarış başlanacaq. Əlaqədar qurumlar şəhərin təmizlənməsi, mərkəzin açılması, turistlərə görə normal şəraitin yaradılması üçün gecə-gündüz çalışmalı olacaq. Doğurdan da, minlərlə azarkeşin gəlməsi gözlənilir. Bu təbii ki, otellər və şəxsi mənzilini kirayə verən insanlar üçün əlavə gəlir mənbəyi olacaq. Kafelərin, restoranların, ticarət şəbəkələrinin gəlirlərinin artması gözlənilir. Onlar da çox güman, bundan öz paylarını götürəcəklər. Ticarət dövriyyəsi artdıqca, ticarət şəbəkələrinin, xidmət sahələrinin gəlirləri və dövriyyəsi artdıqca vergi ödənişləri də artacaq. Büdcəyə dolaysı ilə, əlavə vəsaitlərin qəbul olunması, daxil olması gözlənilir. Yəni, həm xırda-kiçik sahibkarlar, həm iri otel şəbəkələri, həm də dövlət büdcəsi və əlavə gəlir mənbələrinin yaradılması üçün bu turnirin keçirilməsinin müstəsna əhəmiyyəti olacaq. Sadəcə buna ciddi hazırlaşmaq lazımdır. Çünki Türkiyənin də burada çıxış etdiyini, yaxın olduğunu, viza rejiminin də ləğv olunduğunu nəzərə alsaq, çox güman, oradan kifayət qədər insanın gəlməsi gözlənilir. Buna şəhər infrastrukturu ciddi hazırlaşmalıdır".

Ekspert bu yarışlara otel şəbəkələrinin tam hazırlaşa bilmədiyini də qeyd edib:

"UEFA superkuboku üçün Gürcüstanda 60 minə yaxın turistin 3 gün ərzində gəldiyi təsdiq olunmuşdu. Həmin 3 gün ərzində müşahidəçilər tərəfindən təqribən, 150-200 milyon dollara yaxın Gürcüstan iqtisadiyyatına vəsait daxil olduğu təsbit olunmuşdu. Azərbaycanda neçə ildir, "Formula-1" keçirilir və belə bir statistikanın olmaması təəssüf doğurur. Statistika olmadığına görə, nə qədər vəsaitin daxil olmadığını da bilmirik. Amma dövlət büdcəsinə olan ödəmələrin dolayı yolla statistik müşahidəsini aparsaq, görürük ki, "Formula-1" yarışları keçirilən aylarda ciddi artım müşahidə olunmur. Ciddi əlavə vəsaitin dövlət büdcəsinə daxil olduğunu görmürük. 

Bu onu deməyə əsas verir ki, Azərbaycan infrastruktur və biznes olaraq, bu yarışlara hələ də yaxşı hazırlaşa bilmir. Amma bu yarış tamam fərqli yarışdır. Kifayət qədər ciddi məsələdir. Təqribən, o günlər ərzində on minlərlə, bəlkə də, yüz minlərlə insanın Azərbaycana gəlməsi gözlənilir. Azərbaycanın otel infrastrukturu belə, buna hazır deyil. Bakıda yataq çarpayıların sayı 15 mini keçmir. Buna ciddi hazırlaşmaq lazımdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam