Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avropa çempionatında qonaqlar bu hotel və bazalardan istifadə edəcək - UEFA açıqladı

 

Avropa çempionatında qonaqlar bu hotel və bazalardan istifadə edəcək - UEFA açıqladı

UEFA 2020-ci il Avropa çempionatının keçiriləcəyi şəhərlərdəki iştirakçı milli komandalar üçün təlim-məşq bazaları və otellərin onlayn-kataloqunu təqdim edib.

Yenixeber.org: Kataloqun müəllifləri iki il ərzində 150 otel və 100 bazanı ziyarət ediblər. Yekunda onlar Avropa çempionatına vəsiqə qazanacaq yığmalara geniş seçim imkanı yaradıblar.

Kataloqda ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək Bakıya aid bölmədə dəst formasında 3 stadion və eyni sayda hotel yer alıb. “Bakcell Arena”nı seçəcək komanda “Fairmont Baku Flame Towers Hotel”də məskunlaşa bilər. “Dalğa Arena” üçün “Bilgah Beach Hotel” təqdim olunub. Tofiq Bəhramov adına Respublika stadionuna üstünlük verəcək kollektivə isə “Excelsior Hotel & Spa Baku” təklif edilib.

Qeyd edək ki, qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. 68700 nəfərlik arenada matçlar müvafiq olaraq, 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam