Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Bakı-Sumqayıt şosesində avtomobil arakəsmə dəmirə çırpılıb, ölən və yaralanan var- FOTO


Zərbənin gücündən arakəsmə dəmir avtomobilin salonuna girib

Yenixeber.org: Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Yol qəzası Ekologiya postuna yaxın ərazidə baş verib.

Bakı-Sumqayıt şosesində paytaxt istiqamətində hərəkətdə olarkən Cəfərov Marat Çoban oğlu idarə etdiyi 99-EZ-521 dövlət nişanlı "Mercedes" markalı avtomobillə arakəsmə dəmirə çırpılıb. Dəmir avtomobilin ön tərəfindən salona girərək arxa şüşədən çıxıb. Nəticədə sərnişin, 1955-ci il təvəllüdlü Cəfərova Solmaz Yunis qızının ayaqları kəsilib. O, çoxlu qan itirib. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Hadisəni törədən sürücü isə yüngül bədən xəsarətləri aldığından evə buraxılıb.

Qeyd edək ki, ölən sərnişin M.Cəfərovun həyat yoldaşı olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən avtotexniki ekspertiza təyin edilib. 

Avtomobil yararsız hala düşdüyündən cərimə meydançasına yerləşdirilib.(report)

Foto: Ruslan Məmmədov



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam