Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Çanaqqala Döyüşlərinin 110-cu ildönümünə həsr olunan Mobil Muzey Gəncədə açıldı-FOTOLAR

 

Gəncədə Çanaqqala Döyüşlərinin 110-cu ildönümü münasibətilə təşkil olunan Mobil Muzeyin açılışı keçirilib. 18–20 oktyabr tarixlərində ziyarətçilərin ixtiyarına veriləcək muzeyin əsas məqsədi Çanaqqala Zəfərinin tarixi əhəmiyyətini və türk əsgərinin qəhrəmanlığını yeni nəsillərə çatdırmaqdır.

Yenixeber.org: Açılış mərasimində Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Receb Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Gəncə Tibb Kollecinin rektoru Mehman Rzayev, Qarabağ qaziləri İctimai Birliyinin Gəncə filialının sədri Eyvaz Hüseynov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Çanaqqala döyüşlərinin təkcə Türkiyə tarixində deyil, ümumtürk dünyasının taleyində mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, bu zəfər türk xalqının birliyi, vətənə sədaqəti və azadlıq ruhunun simvoluna çevrilib.

Mobil Muzeydə Çanaqqala döyüşlərindən qalan sənədlər, əsgər məktubları, tarixi fotolar, silah-sursat nümunələri və multimedia vasitələri nümayiş etdirilir. Ziyarətçilər burada döyüşlərin gedişatı, qəhrəmanların həyat hekayələri və o dövrün tarixi ab-havası ilə yaxından tanış olmaq imkanı əldə edirlər.

Sonda qeyd olunub ki, Mobil Muzeyin Gəncəyə gətirilməsi Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin, ortaq tarix və mənəvi bağların bir daha təcəssümüdür. Tədbir iştirakçıları belə layihələrin gənc nəslin milli-mənəvi tərbiyəsində mühüm rol oynadığını bildiriblər.


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam