Futbol üzrə İngiltərə Premyer Liqasında 30-cu turun növbəti oyunları keçirilib.
Yenixeber.org: Günün mərkəzi görüşü Londonda "Arsenal" və "Uotford" arasında baş tutub.
"Emirates" stadionunda keçirilən matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Arsenal" bu qələbə sayəsində xallarının sayını 48-ə çatdırıb və hazırda İngiltərə birinciliyinin turnir cədvəlində 6-cı yeri tutur. "Uotford" (36) 10-cu pillədədir.
Tura martın 13-ü Bakı vaxtı ilə 00:00-da başlayacaq "Stok Siti" – "Mançester Siti" matçı ilə yekun vurulacaq.
İngiltərə çempionatı. 30-cu tur
"Mançester Yunayted" — "Liverpul" - 2:1
Qollar: Raşford, 14, 24 — Bayi, 66 (öz qapısına)
"Vest Bromviç" – "Lester" - 1:4
Qollar: Rondon, 8 – Vardi. 21, Marez, 62, İheanaço, 76, İborra, 90
"Nyukasl" – "Sauthempton" - 3:0
Qollar: Kenedi, 2, 29, Ritçi, 57
"Haddersfild" – "Suonsi" - 0:0
"Everton" – "Brayton" - 2:0
Qollar: Bonq, 60 (aq), Tosun, 76
"Vest Hem" – "Bernli" - 0:3
Qollar: Barns, 66, Vud, 70, 81
"Çelsi" – "Kristal Pelas" - 2:1
Qollar: Villian, 25, Kelli, 32 (öz qapısına) — van Aanholt, 90
"Bornmut" – "Tottenhem" - 1:4
Qollar: Alli, 35, Son Hın Min, 62, 87, Orye, 90 – Stanislas, 7
"Arsenal" – "Uotford" - 3:0
Qollar: Mustafi, 8, Obameyanq, 59, Mxitaryan, 77