Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bu gecə Çempionlar Liqasının ilk yarımfinalçıları müəyyənləşəcək

 

Bu gecə futbol üzrə Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək

Yenixeber.org:  1/4 final mərələsinin cavab oyunlarından sonra qitənin ən nüfuzlu klub yarışında yoluna davam edəcək komandalar bilinəcək. İlk görüşlərdə qeydə alınan nəticələrə əsasən, İspaniyanın "Barselona” və İngiltərənin "Liverpul” komandaları böyük üstünlük əldə ediblər. Katalaoniyalılar evdə İtaliya təmsilçisi "Roma”nı 4:1 hesabı ilə məğlub etdikləri halda, mersisaydlılar evdə İngiltərənin digər klubu – "Mançester Siti”nin qapısında 3 cavabsız top keçiriblər.

"Barselona”nın Romada büdrəcəyi inandırıcı görünməsə də, eyni sözləri "Liverpul” barədə söyləmək olmaz. İngiltərə Premyer Liqasında çempionluğu böyük ölçüdə təmin edən "Mançester Siti” bu cür çətin tapşırığın öhdəsindən gələcək potensiala sahibdir. Digər tərəfdən, Yurgen Kloppun rəhbərlik etdiyi kollektiv sürpriz qələbələr qazanmaqla yanaşı, gözlənilməz məğlubiyyətlərlə də üzləşən komanda kimi tanınır.

"Roma”nın heyətində zədəli Rik Karsdorp matçı buraxacaq. Luka Pelleqrini, Cengiz Ünder və Dieqo Perottinin durumu sual altındadır. "Barselona”da isə Lyuka Din və Serxio Busketsin oynayıb-oynamayacağı bilinmir.

"Mançester Siti” düşərgəsində bir itki var. Bu, zədəli Benjamen Mendidir. "Liverpul”da cəzalı Cordan Henderson, eləcə də zədəlilər - Co Qomes, Joel Matip və Adam Lallana meydana çıxa bilməyəcək. Əmrə Can, Alberto Moreno və Endi Robertsonun durumları isə sual altındadır.

Qeyd edək ki, digər yarımfinalçılar aprelin 11-də keçiriləcək "Real Madrid" (İspaniya) - "Yuventus" (İtaliya) və "Bavariya" (Almaniya) - "Sevilya" (İspaniya) matçlarından sonra bəlli olacaq.

Çempionlar Liqası

1/4 final (cavab oyunları)

10 aprel

22:45. "Roma” (İtaliya) – "Barselona” (İspaniya)

Baş hakim: Kleman Türpen (Fransa)

İlk oyun – 1:4

22:45. "Mançester Siti” (İngiltərə) – "Liverpul” (İngiltərə)

Baş hakim: Antonio Matyö Laos (İspaniya)

Mcançester. Şəhər stadionu

İlk oyun – 0:3


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam