Avropa Liqasında cavab oyunları keçirilib -NƏTİCƏLƏR
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib.
Xeberinfo.com: Bu dəfə matçlar 2 günü əhatə edəcək. İlk oyun günündə 3 qarşılaşma baş tutub. İstanbulda “Fənərbaxça” “Krasnodar”ı, Almaniyada “Şalke” PAOK-u, Fransada isə “Sent Etyen” “Mançester Yunayted”i qəbul edib.
Belə ki, ilk oyunlarda 3:0 hesabı ilə qələbə qazanmış “Şalke” və “Mançester Yunayted” üçün qarşılaşmalar formal xarakter daşıyırdı. Almanlar doğma meydanda 1:1 hesablı heç-heçəyə rəğmən növbəti mərhələyə yüksəlib. "Qırmızı şeytanlar" isə səfərdə də evdə olduğu qələbə qazanıblar. Joze Mourinyonun yetirmələri bu dəfə tək qola seviniblər.
İstanbuldakı ölüm-qalım savaşında isə “Fənərbaxça” uduzub. Rusiyada 0:1 hesabı ilə məğlub olan "sarı bülbüllər" doğma azarkeşləri qarşısında hesabda geri düşüblər. İlk hissənin sonlarında bərabərlik əldə olunsa da, bu, növbəti mərhələ üçün kifayət etməyib.
Avropa Liqası
1/16 final mərhələsi, cavab oyunları
22 fevral
“Fənərbaxça” (Türkiyə) – “Krasnodar” (Rusiya) - 1:1
Qollar: Jozef de Souza, 42 - Smolov, 8
İlk oyun – 0:1
“Şalke” (Almaniya) – PAOK (Yunanıstan) - 1:1
Qollar: Şof, 23 - Nastasiç, 25 (öz qapısına)
İlk oyun – 3:0
“Sent-Etyenn” (Fransa) – “Mançester Yunayted” (İngiltərə) - 0:1
Qol: Mxitaryan, 15
İlk oyun – 0:3