Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Çempionlar Liqasında növbəti oyunlar keçiriləcək -1/8 final mərhələsi

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində iki matç keçiriləcək.
Xeberinfo.com:   Almaniyada “Bayer” İspaniyanın “Atletiko” komandasını, İngiltərədə isə “Mançester Siti” Fransa təmsilçisi “Monako”nu qəbul edəcək.
“Bayer” ilə “Atletiko” 2014/15 mövsümündə də 1/8 finalda rəqib olublar. Həmin vaxt leverkuzenlilər Almaniyada Hakan Çalhanoğlunun qolu ilə qalib gəldiyi halda, Madrid klubu evdə Mario Suarezin dəqiq zərbəsi ilə status-kvonu bərpa edib (hər ikisi 1:0). Penaltilər seriyasında isə madridlilər qalib gəlib – 3:2
2010/11 mövsümündə Avropa Liqasında eyni qrupda yer alan bu kollektivlərin duelində isə qalib müəyyənləşməyib. Hər iki görüş 1:1 hesabı ilə yekunlaşıb.
Bu komandaların bir ortaq cəhəti var. Hər ikisi qitənin ən nüfuzlu klub turnirinin finalında “Real Madrid”ə uduzub. “Bayer” 2002-ci ildə, “Atletiko” isə son mövsümdə kuboku son anda əldən verib.
Leverkuzenlilər cari mövsümün qrup mərhələsində evdə keçirdikləri 3 oyundan 2-də heç-heçə ediblər, “Monako”nu isə 3:0 hesabı ilə üstələyiblər. Maraqlıdır ki, “Bayer” sonuncu dəfə səfərdə məğlub edən komanda da “Monako”dur. Bu, 2014-cü ilin 26 noyabrında, ÇL-in qrup mərhələsi çərçivəsində baş tutan görüşdə olub.
Ötən mövsüm ÇL-in qrup mərhələsində 3-cü yeri tutan “Bayer” yoluna Avropa Liqasında davam edib və 1/8 finalda İspaniyanın başqa bir təmsilçisi “Vilyarreal”a uduzub (0:2, 0:0).
Meydan sahiblərinin heyətində diskvalifikasiyaya məruz qalan Hakan Çalhanoğlu ilə zədəli Conatan Ta meydana çıxa bilməyəcək. Lars Benderin durumu isə sual altındadır. “Atletiko”da cəzalı olmasa da, Tyaqo, Dieqo Qodin, Auqusto Fernandes və Xuanfran zədəlidir.
Digər oyuna gəlincə, “Mançester Siti” cütün favoriti kimi görsənsə də, Pep Qvardiola bir məqama diqqət yetirməlidir. “Monako” heç vaxt pley-off xarakterli duellərdə İngiltərə klublarına uduzmayıb.
Ardıcıl 9 oyundur ÇL-də öz meydanında yenilməyən “Mançester Siti” tarixində 2-ci dəfə 1/4 finala vəsiqə qazanmaq istəyir. İngiltərə təmsilçisi ötən mövsüm 1/4-də Fransanın başqa bir təmsilçisi – PSJ-ni mübarizədən kənarlaşdırıb (2:2, 1:0).
Qvardiola “Barselona” və “Bavariya”nın baş məşqçisi qismində ümumilikdə 7 dəfə 1/8 final görüb və hamısından da qalib ayrılıb.
2004-cü ildə ÇL-in finalında “Portu”ya 0:3 hesabl ilə uduzan “Monako”, İngiltərə klubları ilə 5 dueldən 4-də zəfər çalıb. Knyazlıq klubunun “qurbanları” arasında “Mançester Yunayted” (1/4 final, 1997/98 ), “Çesli” (1/2 final, 2003/04) və “Arsenal” (1/8 final, 2014/15) da yer alıb.
“Mançester Siti”də cəzalı yoxdur. Qabriel Xesus zədəli, Vensan Kompani, Aleksandr Kolarov və Qael Klişinin durumu sual altındadır. “Monako”da isə Jemerson cəzalı, Qabriel Boskilya isə zədəlidir. Tyemue Bakayoko, Quido Karrily və Andrea Racinin oynamamaq ehtimalları var.
UEFA Çempiondalar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21 fevral
23:45 “Bayer” (Almaniya) – “Atletiko” (İspaniya)
Baş hakim: Uillyam Kollum (Şotlandiya)
Leverkuzen. “BayArena”
23:45 “Mançester Siti” (İngiltərə) – “Monako” (Fransa)
Baş hakim: Antonio Mateu Laos (İspaniya)
Mançester. “City of Manchester”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam