Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Nazir “Qarabağ”-“Bayer ” oyunundan danışdı

 

“Qarabağ”dan “Bayer 04”ə qarşı yaxşı oyun gözləyirik.

Yenixeber.org: Gənclər və idman naziri Fərid Qayıbov “Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

Nazir Almaniya Bundesliqasında turnir cədvəlinə başçılıq edən və bu mövsüm heç bir turnirdə uduzmayan Leverkuzen təmsilçisinin çox güclü komanda olduğunu bildirib:

“Bayer 04”ü çox yaxşı tanıyırıq, olduqca güclü kollektivdir. Almaniya komandası barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Buna baxmayaraq, “Qarabağ”a güvənirik. Sabah hamımız komandamıza azarkeşlik edəcəyik”.

Fərid Qayıbov Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ilk görüşə böyük maraq olduğunu söyləyib:

“Sabah çox vacib oyun olacaq. Hamımız “Qarabağ”ımıza inanırıq. Biletlər öncədən satılıb. Bu da o deməkdir ki, “Qarabağ” sevilir və bu komandanın matçına böyük maraq var. Onlar öz oyunları ilə bunu qazanıblar. Azarkeşlər məhz “Qarabağ”ın baxımlı çıxışına görə tribunaları doldurur, komandanı dəstəkləyirlər”.

Gənclər və idman naziri “Qarabağ”ın pley-off mərhələsində Portuqaliya “Braqa”sı üzərində uğurunu (4:2, 2:3) da xatırlayıb:

“Azərbaycan futbol tarixində ilk dəfədir ki, bir klubumuz Avropa Liqasında 1/8 final mərhələsinə qədər irəliləyib. “Qarabağ” pley-off mərhələsində “Braqa” önündə möhtəşəm performans sərgilədi”.

F.Qayıbov qarşılaşma zamanı Azərbaycan çempionunu stadiondan dəstəkləyəcəyini vurğulayıb.

Qeyd edək ki, martın 7-də keçiriləcək “Qarabağ”-“Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandaların cavab matçı martın 14-də Leverkuzendə olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam