Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Rabitəbank və AFFA sponsorluq müqaviləsi imzaladı

 

AFFA və “Rabitəbank” ASC arasında sponsorluq müqaviləsi imzalanıb. Müqaviləni AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov imzalayıblar. Sponsorluq müqaviləsinə əsasən, Azərbaycan Premyer Liqası oyunlarına təyinat alacaq peşəkar hakimlərin formalarının üzərində futbol ailəsinin yeni üzvü olan Rabitəbankın adı və loqosu əks olunacaq.

Yenixeber.org xəbər verir ki, AFFA-nın prezidenti R.Abdullayev tədbirdə çıxış edərək nüfuzlu şirkətlərin Azərbaycan futbol ailəsinə maraq göstərməsinin sevindirici hal olduğunu deyib. Rabitəbank rəhbərliyinə ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə minnətdarlıq edib. Azərbaycan futbol hakimliyindən danışan R.Abdullayev əfsanəvi referi Tofiq Bəhramovun 1966-cı ildə İngiltərədə keçirilmiş Dünya çempionatının final qarşılaşmasında verdiyi qərarın dünya futbol ictimaiyyətində bu gün də unudulmaz an kimi xatırlandığını bildirib. Azərbaycan hakimlik məktəbinin ənənəsinin davam etdiyini bildirən AFFA prezidenti Rabitəbankla yeni əməkdaşlıq sayəsində gənc hakimlərin yetişdirilməsi istiqamətində addımların atılacağını diqqətə çatdırıb.

“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov futbolun dünyada və ölkəmizdə sevilən idman növü olduğunu söyləyib. Ölkə futbolunun inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirən A.Hüseynov bank olaraq sosial məsuliyyət çərçivəsində futbola yatırım etməkdən məmnunluq hissi duyduqlarını qeyd edib.

"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam