Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Avropanın ən gəlirli futbol klubu

 

“Deloitte” beynəlxalq konsaltinq şirkəti 2022/23 mövsümünün nəticələrinə əsasən ən gəlirli Avropa klublarının reytinqini tərtib edib.

Yenixeber.org xəbər verir ki, reytinq cədvəlinə "Real Madrid" (831 milyon avro) başçılıq edir. İkinci yerdə İngiltərə Premyer Liqası və Çempionlar Liqasının qalibi "Mançester Siti" (826 milyon) qərarlaşıb. Paris Sen-Jermen (802 milyon) üçüncü yeri tutub.

Avropanın ən yaxşı 20 klubunun gəlirləri rekord oyun günü və reklam gəlirləri də daxil olmaqla 14 faiz artaraq 10,5 milyard avroya çatıb. Kommersiya gəlirləri 2015/16-cı ildən bəri ilk dəfə olaraq yayım gəlirlərini üstələyərək ən böyük qazanc mənbəyinə çevrilib.

Ən gəlirli klublar onluğuna, həmçinin “Barselona” (800,1 milyon), “Mançester Yunayted” (745,8), “Bavariya” (744), “Liverpul” (682,9), London “Tottenhem” (631,5), “Çelsi” (589,4) və “Arsenal” (532,6) daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam