Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Xankəndidəki oyunu idarə etmiş hakim: -“Həyatımın ən vacib matçı idi”

 

“Bu, həyatımın ən vacib matçı idi”.

Yenixeber.org: Bunu Xankəndi şəhər stadionunda “Qarabağ” və MOİK komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununu idarə etmiş baş hakim Əli Əliyev Peşəkar Futbol Liqasının mətbuat xidmətinə açıqlamasında deyib.

Referi işğaldan azad olunmuş torpaqlarda ilk qarşılaşmanın hakimi olduğu üçün qürur hissi keçirdiyini bildirib.

Vətən müharibəsi iştirakçısı həm döyüşlərdə ədaləti bərpa etməyə çalışdıqlarını, həm də yaşıl meydanlarda ədaləti qoruduqlarını söyləyib:

“Bununla fəxr edirəm. Dövlətimə və millətimə minnətdaram. Müharibədə də bizi çox dəstəklədilər. Təyinat gələndə çox qürurlandım. Atmosfer çox gözəl idi. İnsanlar da “şəhidlər ölməz, vətən bölünməz” şüarı səsləndirirdilər. Döyüşçü kimi orada hisslər tam başqa idi. Fikrimiz irəli getmək və torpaqlarımızı azad etmək idi. Hakim kimi də əziyyətimizin bəhrəsini gördük. Çox sevinirdik”.

Qeyd edək ki, Xankəndi şəhər stadionundakı qarşılaşma “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam