Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

AFFA bu klubları -Cərimələdi

 

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Yenixeber.org Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qurumun İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.“Sabah” – “Qarabağ” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı klubu 800 manat cərimə edilib. Ağdam təmsilçisi isə azarkeşlərinin stadiona verdiyi zərəri (82 ədəd oturacağın sındırılması) ödəyəcək.

“Qəbələ” – “Turan Tovuz” oyununda topdaşıyanların meydançaya daxil olması Qəbələ klubu 500 manat cərimələnməsinə səbəb olub. Matçda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə komanda 1500 manat cərimələnib.

“Neftçi” – “Araz-Naxçıvan” görüşü bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə paytaxt təmsilçisi 800 manat ziyana düşüb. Qarşılaşmada "ağ-qaralar"ın azarkeşləri rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” 500 manat cərimə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam