Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Banklara güzəşt edilə bilər”

 

“Özəl bankların çoxu xarici valyuta ilə kredit cəlb edib və ziyana düşüb”

"Xeberinfo.com":  Məlumata görə, bu barədə “Fitch Ratings” agentliyi bildirib.
Manatın devalvasiyası bank sektorunun kapitallaşmasına mənfi təsir edəcək. Dollarlaşmanın güclənməsi isə o deməkdir ki, valyuta riskləri uzaq perspektivdə də olacaq. Arqument kimi göstərilir ki, 31 dekabr üçün yerli bank sisteminin $1,7 mlrd və ya sistemin kapitalının 43%-i qədər balansı olub.
Devalvasiya nəticəsində bir neçə bank ciddi ziyana düşüb. “Fikrimizcə, bir sıra banklar kapital yetəriliyi requlyativ tələbini pozub. Hesab edirik ki, tənzimləyici (Mərkəzi Bank) Rusiyada olduğu kimi tələblərdə güzəşt edə bilər”, – deyə agentlik bildirib.
“Fitch”-in məlumatına görə, valyuta kreditləri ötən ilin sonu üçün 27% olub (devalvasiyadan sonra 33%). “Fikrimizcə, devalvasiya aktivləri 9% artırmalıdır. Eyni zamanda, bu effekt güman ki, bankdan banka fərqlənəcək. Valyuta krediti ortadan çox olan banklar kapitala daha çox təzyiq hiss edə bilər” – deyə mətndə bildirilir və vurğulanır ki, valyuta kreditlərinə görə aktivlərin keyfiyyətinin tədricən azalması mümkündür, çünki belə kreditləri olan əksər borcalanların valyuta gəlirlərinə çıxışı məhduddur.
“Devalvasiya bütövlükdə suveren kredit profili üçün neytral andır. O, büdcə və xarici korrektəyə imkan verəcək, bu da neftin qiymətinin azalması fonunda müsbətdir. 2014-2015-ci illərdə Rusiya rublunun və türk lirəsinin azalması nəticəsində manatın real effektiv məzənnəsinin kəskin artırılması davam etsəydi, Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişaf tədbirlərinə mənfi təsir edərdi. /”Marja”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam