Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Manatın ucuzlaşdırılması sosial gərginliyə gətirib çıxarır

 

Ekspertlər bildirirlər ki, sosial ölçülər nəzərdən qaçırılarsa, bu, sosial gərginliyə gətirib, çıxara bilər

Vilfrid Furman: “Valyutanın ucuzlaşdırılması transformasiya üçün iqtisadi-siyasi alətdir”
"Xeberinfo.com":   Mərkəzi Bankın məlumatına görə, fevralın 27-də 1 ABŞ dollarının rəsmi məzənnəsi bir gündə azalaraq, 1,0501-dən 1,0498-ə düşüb. Avronun məzənnəsində də azalma qeydə alınıb. Belə ki, 1 avro bir gündə 1,1942-dən 1,1771-ə düşüb. 
Avro və dollardan fərqli olaraq, Rusiya rublunun kursunda isə artım qeydə alınıb. Ötən gün 0,0171 olan 1 rublun məzənnəsi bu gün 0,0172-yə yüksəlib. 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1,19 AZN səviyyəsində müəyyən edilmişdi. 
Ölkə banklarının bir qismi isə bir neçə gündür ki, manatla kredit ayrılmasını dayandırıb. Söhbət əsasən kütləvi şəkildə istehlak kreditləşməsi ilə məşğul olan banklardan gedir. Banklar manatdan imtina etmələrini son günlər onun məzənnəsində yaranmış qeyri-müəyyən vəziyyətlə, daha dəqiq desək, milli valyutanın dəyərdən düşməsi ilə izah edirlər. 
“Özəl bankların çoxu xarici valyuta ilə kredit cəlb edib və ziyana düşüb”, - bu barədə isə “Fitch Ratings” agentliyi bildirib.
Başqa sözlə, manatın devalvasiyası bank sektorunun kapitallaşmasına mənfi təsir edəcək. Dollarlaşmanın güclənməsi isə o deməkdir ki, valyuta riskləri uzaq perspektivdə də olacaq. 
Arqument kimi göstərilir ki, 31 dekabr üçün yerli bank sisteminin 1,7 milyard və ya sistemin kapitalının 43 faizi qədər balansı olub. Devalvasiya nəticəsində bir neçə bank ciddi ziyana düşüb. 
“Fikrimizcə, bir sıra banklar kapital yetərliliyi requlyativ tələbini pozub. Hesab edirik ki, tənzimləyici (Mərkəzi Bank) Rusiyada olduğu kimi tələblərdə güzəşt edə bilər”, - deyə agentlik bildirib. 
“Fitch”in məlumatına görə, valyuta kreditləri ötən ilin sonu üçün 27 faiz olub, devalvasiyadan sonra 33 faizə çatıb. 
“Fikrimizcə, devalvasiya aktivləri 9 faiz artırmalıdır. Eyni zamanda, bu effekt güman ki, bankdan banka fərqlənəcək. Valyuta krediti ortadan çox olan banklar kapitala daha çox təzyiq hiss edə bilər”, - deyə mətndə bildirilir. 
Həmçinin, vurğulanır ki, valyuta kreditlərinə görə aktivlərin keyfiyyətinin tədricən azalması mümkündür. Çünki belə kreditləri olan əksər borcalanların valyuta gəlirlərinə çıxışı məhduddur: “Devalvasiya bütövlükdə suveren kredit profili üçün neytral andır. O büdcə və xarici korrektəyə imkan verəcək. Bu da neftin qiymətinin azalması fonunda müsbətdir. 2014-2015-ci illərdə Rusiya rublunun və türk lirəsinin azalması nəticəsində manatın real effektiv məzənnəsinin kəskin artırılması davam etsəydi, Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişaf tədbirlərinə mənfi təsir edərdi”.
Qeyd edək ki, hələ də ölkə banklarından devalvasiyaya qədər xarici valyutada kredit götürənlərin indi borclarını hansı məzənnə ilə ödəyəcəyi aydınlaşmayıb. Digər tərəfdən, bundan sonra ölkəyə baha qiymətə gətiriləcək istehlak mallarının qiymətinin əvvəlki səviyyədə necə saxlanacağı da suallar doğurur. 
Xarici ölkələrin təcrübəsi göstərir ki, belə məsələləri inzibati metodlarla tənzimləmək lazımi effekti vermir. Ekspertlər bildirirlər ki, dollarla götürülən kreditlər üçün güzəşt olmalıdır. 
Burada Rusiyada təcrübəsi önə çəkilir. Belə ki, rublun iki dəfəyə qədər devalvasiyası nəticəsində belə müştərilər 2 dəfə çox vəsait ödəməli olacaqdılar. Bu vəziyyətdə Rusiya Mərkəzi Bankı güzəştli variant təklif etdi. Bank tövsiyə verdi ki, əhalinin xarici valyutada olan ipoteka kreditləri hazırki məzənnə ilə deyil, 3 ay əvvəlki məzənnə ilə qəbul edilsin. 
Almaniyalı professor Vilfrid Furman isə “Vestnik Kafkaza” saytına müsahibəsində bildirib ki, Azərbaycan manatının devalvasiyası gözlənilən idi. Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı fevralın 21-də 1,05 AZN/$ və 1,195 AZN/€ müvafiq olaraq, mübadilə kursu təyin edib. ABŞ dolları və avroya münasibətdə manatın məzənnəsi 34% və 33,8% aşağı düşüb. 
“Azərbaycan manatının qiymətsizləşdirilməsi müxtəlif səbəblərə görə gözlənilən idi. Çünki manat ticarət valyutasıdır, onun dəyərini neft və qaz ixracından daxilolmalar təyin edir. İxracdan gəlirin təqribən 95 faizi energetika sektorunun payına düşür. Neftin dünya bazarında qiymətdən kəskin düşməsi nəticəsində valyuta daxilolmalarının həcmi azaldı. Bu, yalnız Azərbaycanın ixrac gəlirlərini azaltmadı, həm də ölkənin əhəmiyyətli dərəcədə büdcə defisiti yaratdı. Yaxın gələcəkdə isə neftin qiymətində əhəmiyyətli artım gözlənilmir”, - deyə professor vurğulayıb. 
O, bildirib ki, prinsip etibarilə, neftin qiymətinin düşməsindən Rusiya, Qazaxıstan, Türkmənistan, Venesuela və sair neft və qaz ixracatçısı ölkələrin iqtisadiyyatı əziyyət çəkir. Bu ölkələrin valyutaları ucuzlaşıb və ya ucuzlaşır. Azərbaycan da istisna təşkil etməyib. Bu, beynəlxalq trendləri nəzərə alaraq, manatın məzənnəsinin düşməsi gözlənilən idi. Kim ki, Azərbaycan valyuta kursunun düşməsindən istifadə edib manatı dollara dəyişdi, o qazandı. Ancaq əhalinin çox hissəsi uduzdu.
Professor qeyd edib ki, manatın ucuzlaşdırılması əhəmiyyətli siyasi hədəfdir: “Çünki valyutanın ucuzlaşdırılması transformasiya üçün iqtisadi-siyasi alətdir. Buna qarşı mütləq diversifikasiyalı iqtisadiyyat yaratmaq lazımdır. Milli məzənnənin ucuzlaşdırılması ixraca şərait yaradır və eyni zamanda idxala yüklənməni gücləndirir. Ekspertin fikrincə, manatın ucuzlaşmasının mənfi təsirləri çoxdur. Belə ki, idxal edilən malların qiyməti qalxır, alıcılıq qabiliyyəti enir, bununla da insanların yaşayış standartları aşağı düşür. Belə addımlarda sosial ölçülər nəzərdən qaçırılarsa, sosial gərginliyə gətirib, çıxara bilər”.
V.Furman deyib: “Təbii ki, ABŞ dolları qarşılığında milli məzənnələrin qiymətsizləşdirilməsi bütün dünyada müşahidə olunur. Bu, bir qayda olaraq, milli banklar tərəfindən faiz dərəcələrinin azalması yolu ilə baş verir və necə ki, Meksikada, Hindistanda, Avstraliyada, eləcə də başqa formada Yaponiya, Çin, Sinqapur, Danimarka və sair ölkələrdə baş verdi. Faktiki olaraq, indi bir çox ölkələr milli məzənnələrin ucuzlaşması yolu ilə öz rifahını və gəlirlərini saxlamağa çalışır”.(musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam