Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“Manatın devalvasiyası bank sektoruna mənfi təsir edəcək”

 

Özəl bankların çoxu xarici valyuta ilə kredit cəlb edib və ziyana düşüb, – deyə Fitch Ratings agentliyi bildirir.
"Xeberinfo.com":  Başqa sözlə, manatın devalvasiyası bank sektorunun kapitallaşmasına mənfi təsir edəcək. Dollarlaşmanın güclənməsi isə o deməkdir ki, valyuta riskləri uzaq perspektivdə də olacaq. Arqument kimi göstərilir ki, 31 dekabr üçün yerli bank sisteminin $1,7 mlrd və ya sistemin kapitalının 43%-i qədər balansı olub.
Devalvasiya nəticəsində bir neçə bank ciddi ziyana düşüb. «Fikrimizcə, bir sıra banklar kapital yetəriliyi requlyativ tələbini pozub. Hesab edirik ki, tənzimləyici RF-də olduğu kimi tələblərdə güzəşt edə bilər», – deyə press-relizdə bildirilir.
Fitch-in məlumatına görə, valyuta kreditləri ötən ilin sonu üçün 27% olub (devalvasiyadan sonra 33%). «Fikrimizcə, devalvasiya aktivləri 9% artırmalıdır. Eyni zamanda, bu effekt güman ki, bankdan banka fərqlənəcək. Valyuta krediti ortadan çox olan banklar kapitala daha çox təzyiq hiss edə bilər” – deyə mətndə bildirilir və vurğulanır ki, valyuta kreditlərinə görə aktivlərin keyfiyyətinin tədricən azalması mümkündür, çünki belə kreditləri olan əksər borcalanların valyuta gəlirlərinə çıxışı məhduddur.
“Devalvasiya bütövlükdə suveren kredit profili üçün neytral andır. O, büdcə və xarici korrektəyə imkan verəcək, bu da neftin qiymətinin azalması fonunda müsbətdir. 2014-2015-ci illərdə Rusiya rublunun və türk lirəsinin azalması nəticəsində manatın real effektiv məzənnəsinin kəskin artırılması davam etsəydi, Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişaf tədbirlərinə mənfi təsir edərdi.
Eyni zamanda, belə gözlənilməz addım ölkə daxilində hakimiyyətə inama da təsir edəcək. Bundan əlavə, bu xüsusən də bank sektorunda şərti öhdəliklərin təzahürü riskini daşıyır, hərçənd Azərbaycanın çox güclü dövlət balansı əhəmiyyətli davamlılıq ehtiyatını təmin edir.
Belə ki, Dövlət Neft Fondunun (ARDNF) aktivləri $37,1 mlrd təşkil edir, bu da 2014-cü ilin sonuna ÜDM-in 40% bərabərdir”, – deyə press-relizdə qeyd olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam