Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Həbs olunan jurnalistin iddiaları ilə bağlı-Baş Prokurorluqdan AÇIQLAMA


"Azel TV" xəbər portalının baş redaktoru Əfqan Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması barədə məlumat vermişdik.
Baş Prokurorluq Ə. Sadıqovun saxlanılmamışdan qabaq qələmə aldığı yazıda qeyd etdiyi iddialarla bağlı açıqlama verib. Həmin açıqlamanı təqdim edirik:
Yenixeber.org: “Baş Prokurorluqda aparılmış araşdırmalarla Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Əfqan Sadıqovun “Facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə sensasiya naminə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün Aysel Səlimovanın ayrı-ayrı şəxslər tərəfindən guya zorakılığa məruz qalması ilə bağlı müraciətlərin polis və prokurorluq orqanları tərəfindən qeyri-obyektiv araşdırılmasına dair məlumatlar yayması müəyyən edilmişdir.
İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa yönələn həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur.
Belə ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yaşayan Aysel Səlimova və Ayşən Cəfərova bacıları təcavüzə məruz qalmaları barədə rayon prokurorluğuna, eləcə də rayon polis şöbəsinə hər hansı müraciət etməmiş və bu barədə araşdırma aparılmamışdır.
Araşdırmalarla həmçinin, müəyyən edilmişdir ki, əvvəllər də Laçın rayonunun müxtəlif vəzifəli şəxslərini ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə onlara böhtan atması və təhqir etməsinə görə Əfqan Sadıqov xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün ayrı-ayrı şəxslər tərəfindən Cəlilabad rayon məhkəməsinə edilmiş müraciətlər əsasında hər iki cinayət işi hazırda məhkəmə baxışı mərhələsindədir.
Əfqan Sadıqov məhkəməyə verildikdən sonra sosial şəbəkələrdə mütəmadi olaraq həmin şəxslər və ayrı-ayrı yerli dövlət qurumları haqqında qərəzli, həqiqəti əks etdirməyən məlumatlar yaymaqdadır.
Həmçinin qeyd edilməlidir ki, Ayşən Cəfərova və anası Bənövşə Nəcəfova ərizə ilə Laçın rayon Polis Şöbəsinə müraciət edərək Ə.Sadıqovun sosial şəbəkələrdə yaydığı böhtan xarakterli məlumatlarla bağlı barəsində müvafiq tədbirlərin görülməsini xahiş etmişlər”.
Ə. Sadıqov “Azadlıq qəzeti”ndə qələmə aldığı yazıda, Ayşən Cəfərova və balaca bacısı Aysel Səlimovaya müxtəlif vaxtlarda 60-dan çox insanın təcavüz etdiyini iddia etmiş və həmin şəxslərin içərisində Laçın rayon polis şöbəsinin əməkdaşları, dövlət idarələrinin məmurları, Taxtakörpü ərazisində yerləşən hərbi hissənin hərbçiləri, taksi sürücüləri, qəsəbə sakinləri və Ağcabədi rayonunun sakinlərinin olduğunu bildirmişdi.
Onun iddialarına görə Aysel Səlimova belə hadisələrdən biri baş verdikdən sonra 29.04.2020 -ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Məlumat Mərkəzinə zəng edib və bu barədə xəbər verib. Ə. Sadıqovun iddiasına əsasən məsələ ilə bağlı Laçın rayon Polis şöbəsində obyektiv araşdırmalara başlansa da rayon İcra Hakimiyyətinin Başçısı Aqil Nəzərli və Laçın rayon Prokrorunun səlahiyyətlərini icra edən Ceyhun Almasovun göstərişi ilə istintaq işi qapanıb. Səbəb olaraq isə cinayət işinin ört-basdır edilməsi üçün hərbçilərdən 5000 manat, digər şəxslərdən isə 1000 manatdan 3000 manata qədər rüşvət alınması göstərilib. (yeniavaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam