Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Çekistlərin oyatdığı “vicdan”, yoxsa timsahın göz yaşları?

Çekistlərin oyatdığı “vicdan”, yoxsa timsahın göz yaşları?

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılan və barəsində məhkənin qərarı ilə həbs qətimkan tədbiri seçilən Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyev törətdiyi əməllərdən utandığını və vicdan əzabı çəkdiyini deyib. 

Yenixeber.org: Keçmiş icra başçısının bu fikirləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Maraqlıdır ki, Mahir Quliyevə inanan yoxdur. Onun “səmimi peşmançılıq hissi” timsahın göz yaşları kimi dəyərləndirlir. Doğru təsbitdir. Niyəsini izah etməyə çalışacağıq.

Mahir Quliyevin məmur karyerası iki rayona rəhbərlik etməsindən ibarətdir. O, 5 il Astaranın, 9 il isə Biləsuvarın icra başçısı olub. İstər Astarada, istərsə də Biləsuvarda özünü “padşah” kimi aparıb. Törətdiyi qanunsuz əməllərin sayı-hesabı yoxdur. Media vaxtaşırı onun qanunsuz əməllərindan yazıb. Dəfələrlə onun vəzifədən çıxarılması gündəmə gətirilib. Bu o deməkdir ki, Mahir Quliyev onu çekistlərin qarşısında “utandıran” əməlləri dəfələrlə təkrarlayıb. Amma nə vicdan yada düşüb, nə də utanc hissi tamah hissini üstələyə bilib. Mahir Quliyev bəlkə heç bu barədə düşünməyib də. DTX-nın yaydığı əməliyyat görüntülərinə baxdıqda onun birinci müavini Xanlar Məmmədova çox rahat şəkildə “Götürək ordan koronavirus adıyla 500 adama yardım yazaq, onun 1200-nü heç olmasa götürək” deməsi onun bir məmur kimi mahiyyətini tam ortaya qoyur. 

Təsəvvür edin, Azərbaycanda koronavirusla mübarizə tədbirlərinə mart ayından start verilib. Martın 24-dən Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib. Pandemiyanın sosial-iqtisadi zərərlərini minimuma endirmək üçün proqramlar hazırlanıb. Ümumi maliyyə dəyəri 2.5 milyard manat olan bu proqramlarda imkansız aiələlərə maddi yardım edilməsi də əksini tapıb. Bu addımlar atılana qədər isə artıq iki icra başçısı həbs olunub: Ağstafaya rəhbərlik edən Nizaməddin Quliyev və Neftçalanın yerli “xanı” İsmayıl Vəliyev. DTX hər iki həbsin görüntülərini yayıb, cəmiyyət bu şəxslərə nifrət püskürüb, Prezident İlham Əliyev baş verənlərə sərt münasibət bildirib. Onları “yaramaz”, etdiklərini isə “alçaq hərəkətlər” adlandırıb: “Mən bu adamları vəzifəyə təyin etmişəm və vəzifəyə təyin edilərkən bir çox tapşırıqlar, tövsiyələr vermişəm. Onların arasında ən vacibi o idi ki, get təmiz işlə, rüşvət alma, vətəndaşlara kobudluq göstərmə, təkəbbürlü olma, vətəndaşlara dayaq ol, arxa ol, kəndləri gəz, bütün vətəndaşlarla ünsiyyətdə ol. Amma nəyi görürük? Onu görürük ki, bütün bu tapşırıqlara rəğmən, bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib”.

Mahir Quliyev əlbəttə ki, Ağstafa və Neftçaladakı həmkarlarının aqibətindən, ölkə başçısının yuxarıdakı fikirlərindən xəbərdar olub. Amma bu halda da qanunsuz əməllərindən əl çəkməyib. Vicdanı bir yana, tamahkarlığı onda qorxu hissini də bloklayıb. Həbs qorxusundan yox, vicdanın, utanc hissinin yaratdığı qorxudan söhbət gedir. O cəmiyyətin nifrətindən, biabır olacağından qorxmalı idi.

Qorxmayıb... İndi cəmiyyət belə bir adamın utandığına, vicdan əzabı çəkdiyinə necə inansın?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam