Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Həbs xəbəri yayılan icra başçısının DOSYESİ - Əvvəl kolxozda işləyib

Dövlət Təhlükəsizlik Xidmətinin bu gün Biləsuvar rayonu İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirdiyi barədə xəbər yayılıb.

Yenixeber.org: Bu barədə məlumat yayan artıq icra başçısı Mahir Quliyev və bir neçə müavininin saxlanılaraq Bakıya gətirildiyini qeyd edib.


Həbs xəbəri yayılan icra başçısının dosyesini təqdim edirik:

Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ali təhsillidir. "Naxçıvan" universitetini  bitirib. 1977-1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub.


Əmək fəaliyyətinə 1975-1977-ci  illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlayıb.Hərbi xidmətdən qayıtdıqdan sonra  1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb.

2005-ci ildə keçirilən bələdiyyə seçkilərində  Səbail bələdiyyəsinin üzvü seçilib və 08.09. 2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutub.

08.09.2006 - 26.04.2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

26 aprel 2011-ci il tarixdə ölkə başçısının sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam