Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Vidadi İsayev və Şahin Məmmədov da həbs oluna bilər-Məmurlar üçün “Damokl qılıncı”

 

 Yenixeber.org: Yaxın zamanlarda Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev və Masallı rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov da Mahir Quliyevin taleyini yaşaya bilər. Bu haqda politoloq Xaqani Cəfərli yazıb:

Prezident İlham Əliyev Milli Məclisə təqdimat göndərərək Baş prokuror vəzifəsinə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin təyin olunmasına razılıq verilməsini istəyib. Milli Məclis prezidentin bu istəyini ən qısa zamanda təmin edəcək və Kamran Əliyev Baş prokuror təyin olunacaq.

Uzun illər Korrupsiyaya qarşı Mübarizə İdarəsinə rəhbərlik etmiş bir şəxsin Baş prokuror vəzifəsinə təyin olunması bir anlama gəlir: Korrupsioner məmurların həbsi artacaq.

Korrupsiyaya qarşı Mübarizə İdarəsi rəisinin Baş prokuror vəzifəsinə təyin olunması ilə bağlı təqdimatın Milli Məclisə göndərildiyi gün Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, onun müavinləri, Xanlar Bayram oğlu Məmmədov, Elsevər Cəmil oğlu Həsənov və Ləman Cəbrayıl qızı Yüzbaşovanı həbs etməsi də iqtidarın korrupsiyaya qarşı mübarizə görüntüsünü dərinləşdirməyə çalışdığından xəbər verir. Bununla da cəmiyyətdə hər ötən gün güclənən Ədalət istəyin təmin etməyə çalışılacaq.

Korrupsiya ilə bağlı ən məlumatlı şəxsin Baş prokuror vəzifəsinə gətirilməsi məmurların yuxularını da qaçıracaq. Artıq hər bir nazir, komitə sədri, ASC-i rəhbəri, icra başçısı başı üzərində “Damokl qılıncı”nı hiss edəcək.

Yaxın zamanlarda Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev və Masallı rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov da Mahir Quliyevin taleyin yaşasa, buna təəccüblənməyəcəm.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam