Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Avstraliyada ŞOK əməliyyat:Azərbaycandan göndərildiyi iddia olunan 5.6 milyon dollarlıq narkotik tutuldu

 

Avstraliyada Azərbaycandan göndərildiyi iddia edilən külli miqdarda narkotik vasitə ələ keçirilib.  

Yenixeber.org: Yeni Cənubi Uels ştatının polis idarəsindən açıqlanan məlumatda qeyd edilib ki, insident nəticəsində həbs olunan 48 yaşlı kişidən ümumi dəyəri 5.6 milyon dollar olan metamfetamin və ya jarqonda “buz” adlandırılan stimullaşdırıcı narkotik təsirə malik maddə götürülüb.  

Yerli polis bildirib ki, sərhəd məmurları bu ilin sentyabr ayının 8-də Azərbaycandan gələn və içində pərdə olduğu bildirilən yükə baxış keçiriblər. İlk etapda çantada həqiqətən də beş ədəd pərdə olduğu məlum olub. 

Amma daha sonra onlardan birini kəsiblər və içində hansısa yumşaq maddə olduğu aşkarlanıb. Yoxlamalar göstərib ki, pərdələrin arasında metamfetamin maddəsi keçirilmək istənib. 

Məlumatda qeyd olunub ki, hər pərdənin içərisində təxminən 1.5 kq dərman olub. 

Ümumilikdə 7.5 kq-a yaxın narkotik maddənin “qara bazar”dakı dəyəri 5.6 milyon dollar həcmində qiymətləndirilir. 

Polis araşdırmasından sonra 25 sentyabr 2019-cu ildə Kastl Hill sakini 48 yaşlı kişi saxlanılıb. O, Feyrfild Polis Bölməsinə aparılıb. Yerli polis tutulan şəxsin adını açıqlamayıb, amma Avstraliyanın “The Sydney Morning Herald” qəzeti yazıb ki, bu Kastl Hill sakini Art Zahedidir.  

Bir gün sonra Feyrfild məhkəməsi saxlanılan şəxsin zaminlə azadlığa buraxılmasından imtina edib və onun məhkəməsi davam etdiriləcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam