Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daxili orqanlarında narkotik vasitə keçirən şəxs - saxlanılıb

Astara gömrük postunda Azərbaycana keçən şəxsin daxili orqanlarında narkotik vasitələr aşkarlanıb.

Yenixeber.org:  Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən xəbərə görə, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı vətəndaşın üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasada, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan tibbi müayinə nəticəsində vətəndaşın düz bağırsağından, şəffaf sellofana bükülü 4 ədəd bağlamada 112 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, çəkisi 11 qram təşkil edən psixotrop maddə - metamfetamin və 28 ədəd açıq qəhvəyi rəngli, üzərində "F/M40" nişanəsi olan "metadon" adlı dərman preparatı aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin"in I Siyahısına, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin"in II Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam