BAŞ QƏRARGAH RƏİSİNİN YAVƏRİNDƏN ŞOK ETİRAF: "Gülənlə əlaqəliyik"
Baş Qərargah rəisi Hulusi Akarın yavəri və cəhd istintaqı daxilində həbs olunan podpolkovnik Levent Türkkan ifadəsində camaat ilə əlaqəsinin olduğunu etiraf edib.
Xeberinfo.com: Türkiyə mətbuatına istinadən xəbərə görə, Baş Qərargah rəisi Hulusi Akarın yavəri və cəhd istintaqı daxilində həbs olunan podpolkovnik Levent Türkkan, prokurorluq istintaqında təəccüblü etiraflar edib. Paralel quruluş üzvü olduğunu qəbul edən Türkkan, Fətullah Gülənlə əlaqələri olduğunu təsdiqləyib.
Hulusi Akarın yavəri verdiyi ifadədə: “Mən kasıb bir ailənin övladıyam. Atam çox kasıb bir bağban idi. Tarlamız, bağımız bağçamız yox idi. Fəthullah Gülən Camaatı ilə ilk dəfə orta məktəb dövründə tanış oldum. Yaxşı və gələcəyi parlaq bir şagird idim. Məktəbdə riyaziyyatdan hər zaman yüksək qiymət almışam. Orta məktəbdə camaatın rəhbərləri ilə tanış oldum. 5 yaşından bəri Subay olmağı xəyal edirdim. Bu idealım camaatın çörəyinə duz bibər oldu. 1989 İşıqlar Hərbi Litseyinin imtahanlarına girdim. İmtahanı öz savadımla qazanacağımdan əmin idim. Camaatdakı böyüklərim də əmin idi. Lakin yenə də mənə imtahan olmadan əvvəlki gecə yarısı gətirib sualları verdilər. Sualları rəhbərimiz Sərdar gətirmişdi. Bursa mərkəzdə bir camaat evində sualları mənə vermişdilər” deyə yavər istintaqa ilginc açıqlamalar verib.
Hulusi Akarın yavəri verdiyi ifadədə: “Bu camaata illərcə könüllü olaraq xidmət etdim. Bu günə qədər camaatda olduğum böyük qardaşlarımıza itaət etdim, onlar tərəfindən verilən əmrlərə bu günə qədər təmənnasız riayət etdim. Ən son bu tarix etibarilə əlaqə halında olduğum böyüklərim Murat, Səlahəddin və Adil kod adlı şəxslərdir. Bunlardan Muradın evini bilirəm. Konya Yolu ətrafındadır. Göstərə, digərlərinin və hamısının nə iş etdiklərini, həmçinin ünvan və açıq etimadnaməsini bilmirəm. Bu böyüklərlə Muradın evində ayda bir ya da iki ayda bir təkrarlanan danışıqlarımız olurdu. Mən bu günə qədər Fəthullah Gülən camaatının vətən xaini olduğuna heç bir zaman inanmamışdım. Yalnız onların Allah rızası üçün çalışdıqlarını düşünürdüm. Ancaq cəhd təşəbbüsü və sonrasında nə olduqlarını anladım. Bu quruluş və bu quruluşa mənsub olanlar üçün “VƏTƏN XAİNİ” təbiri az QALIR. Artıq bilirəm ki, bu quruluş nümayəndələri “İBLİS RUHLU” şəxslərdir. Fəthullah Güləni şəxsən heç vaxt görməmişəm. Ancaq dediklərim eyni ilə onun üçün də keçərlidir”.
Baş Qərargah rəisi Hulusi Akarın yavərinin ifadəsini təqdim edirik: