Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

ABŞ rəsmisindən rəngli inqilab açıqlaması

 

Dövlət katibi köməkçisinə ölkədə rəngli inqilabla bağlı sual ünvanlanıb
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Bakıya səfəri zamanı çətin sualla qarşılaşıb. 

"Xeberinfo.com":  Məlumata görə, jurnalistlər ABŞ dövlət katibinin köməkçisinə “ABŞ QHT-lərin vasitəsilə Azərbaycanda rəngli inqilab yaratmağa meyl edirmi?” sualını ünvanlayıb.
Viktoriya Nuland isə bu suala özünəxas şəkildə cavab verməyə çalışıb. O bildirib ki, ABŞ hökuməti ilə Azərbaycan arasında, həmçinin Azərbaycan hökuməti ilə vətəndaş cəmiyyəti arasında normal münasibətlər qurulub.
Nuland qeyd edib ki, bu cür vəziyyətdə inqilaba zərurət ola bilməz: “Rəngli inqilab o vaxt ola bilər ki, hökumətlə vətəndaş cəmiyyəti arasında uçurumlar olsun. Azərbaycanda inqilabdan söhbət gedə bilməz”.
Qeyd edək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Bakıya səfəri zamanı prezident İlham Əliyevlə də görüş keçirib. Səfər şərçivəsində həmsədrlərlə də görüş baş tutub. Nuland Bakıdakı görüşləri zamanı rəsmilərlər Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə edib.

ANS PRESS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam