Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Hacıqabulda əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıb

 

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaşa 1000 manat qarşılığında narkokuryerlik edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən YeniXeber.org-a məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Lənkəran rayon sakini İlqar Əmənullayev rayonun Nəvahi kəndi ərazisində saxlanılıb. Onun əlində olan torbaya keçirilən baxış zamanı 630 qram tiryək, 100 qrama yaxın metamfetamin və 600 qramdan artıq olan marixuana aşkar edilərək götürülüb. 
Dindirilmə zamanı İ.Əmənullayev sosial şəbəkə vasitəsilə tanış olduğu "Toral" adlı iranlı narkotacirə narkokuryerlik etdiyini etiraf edərək, ondan aşkarlanan narkotik vasitələri 1000 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam