Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

Bacısını uşaqlarının gözü önündə öldürübmüş

 

Bu ilin 24 iyun tarixində Bərdə rayonunda 1988-ci il təvəllüdlü Həsənova Vəfa Nurəddin qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmiş qardaşı, 1986-cı il təvəllüdlü Həsən Həsənovun məhkəməsi başa çatıb.

Yenixeber.org xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə H.Həsənov Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, V.Həsənova 2006-cı ildə ailə həyatı qurub və 3 övladı olub. Üç il əvvəl onun həyat yoldaşının gözləri tutulub. Bir müddət sonra isə V.Həsənova kiçik övladı ilə birgə yaşadığı evi tərk edib. Bundan sonra H.Həsənov bacısı barədə yaxınlarından məlumat alıb və onu evə qaytarıb. Lakin o, bacısı barədə söz-söhbətlərdən təsirlənərək onun yaşadığı evə gələrək uşaqlarının və həyat yoldaşının yanında çoxsaylı zərbələrlə qətlə yetirib.

Məhkəmədə Vəfa Həsənovanın hüquqi varisi onu qətlə yetirən və 3 uşaq atası olan Həsəndən şikayətçi olmadığını bildirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Həsənova 14 il həbs cəzası verilib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam