Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Baş Prokurorluq Cahangir Əsgərovun fəaliyyətini yoxlaya bilər

 

“Azərbaycanın Baş Prokurorluğu sovet dövründə olduğu kimi nəzarət orqanı funksiyasına malik deyil. Lakin əgər bizə AZAL Dövlət Konserninin fəaliyyətinə dair müraciət daxil olsa, biz onu qanunvericilik çərçivəsində nəzərdən keçirəcəyik.

Bununla belə qeyd etməliyəm ki, Baş Prokurorluq aviadaşımalarla məşğul olan şirkətin qiymət siyasətinə qarışmır”.

"Xeberinfo.com":   Məlumata görə, bu sözləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyev virtulalaz.org saytının əməkdaşının sualına cavab olaraq deyib.

Kamran Əliyevin sözlərinə görə, prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ölkədə toxunulmaz adam yoxdur və kimsə hansısa qanunsuz əməl törədərsə, qanun qarşısında cavab verəcək.

“Bizə AZAL-da korrupsiya və mənimsəmə faktları baradə müraciət daxil olmayıb. Lakin biz bu gün görürük ki, dövlət konserni prezidentin çıxışından nəticə çıxarıb və aviabiletlərin qiymətini aşağı salmağa başlayıb”- deyə Kamran Əliyev bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam