Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Baş prokurordan QHT-lərə xəbərdarlıq

 

 

Əgər QHT-lər və jurnalistlər korrupsiya sxemlərini davam etdirəcəklərsə, qanun qarşısında cavab verəcəklər

"Hüquqi müstəvidə araşdırılan cinayət işlərinin siyasiləşdirilməsi yolverilməzdir". 

"Xeberinfo.com":    Məlumata görə, bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov bildirib. O, deyib ki, jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı açılan cinayət işi üzrə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq əməliyyat qrupu yaradılıb və cinayət işi hərtərəfli araşdırılıb:

"Bu cinayətdə iştirak edən şəxslər müəyyən edilərək onların barəsində tədbir görülüb. Yaxın zamanlarda iş məhkəməyə göndəriləcək. Bu məsələnin siyasiləşdirilməsi yolverilməzdir. Dünyanın hər bir ölkəsində jurnalist qətlləri baş verir. Biz bundan təəssüf hissi keçiririk. Bu, bizim cəmiyyətə xas olan hal deyil".

`Azərbaycanın prokurorluq orqanları digər hüquq-mühafizə orqanları ilə birlikdə ölkədə ictimai siyasi sabitliyin qorunması, vətəndaşların hüquq və azadlıqların qorunması və cinayətkarlıq sahəsində müəyyən müsbət nəticələr əldə edilib` - deyən Zakir Qaralov deyib ki, Azərbaycan MDB və Şərqi Avropa ölkələri sırasında ən təhlükəsiz respublikadır.

Baş prokuror həmçinin bəzi QHT-lərin fəaliyyətinə də toxunub: "Bəzi QHT-lər var ki, dövlətin qanunlarına hörmətlə yanaşmır və dövlət qeydiyyatından keçmirlər. Belə QHT-lər əldə etdikləri maliyyə ilə bağlı dövlətin rəsmi qurumlarına məlumat vermirlər. QHT ilə məşğul olan şəxslərə, jurnalistlərə sözüm odur ki, dövlətin qanunlarına əməl etsinlər. Qanun pozulmayacaqsa, prokurorluq bunların barəsində araşdırma aparmayacaq. Əgər bunlar korrupsiya sxemlərini davam etdirəcəklərsə, qanun qarşısında cavab verəcəklər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam