Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Azərbaycan diplomatları facebook hesablarını bağlayır

 

Azərbaycan diplomatları öz facebook hesablarını bağlamağa başlayıblar.

"Xeberinfo.com":   Məlumatalara görə, Xarici Işlər Nazirliyinin göstərişinə əsasən xarici ölkələrdəki səfirlər və səfirliklərimizin digər əməkdaşları öz facebook hesablarını bağlamalı olublar.

Konkret olaraq Pakistanda səfirimiz Daşqın Şikarov facebook profilini bağladığını gizlətməyib və qərarını belə izah edib: “Ölkəmizlə bağlı əlamətdar hadisələr, həmçinin Ermənistanın torpaqlarımızı işğal etməsi faktı, Xocalı soyqırımı və bu kimi digər məslələri işıqlandırmaq məqsədilə 2009-cu ildən facebook-da şəxsi profil səhifəsi açmışam. Yuxarıda qeyd edilən məsələlərin sosial şəbəkələrdə yayılması və daha geniş təbliğ olunması məqsədilə facebookda göndərilən bütün dostluq təkliflərini qəbul etmişəm.

Təəssüflər olsun ki, qəbul etdiyim dostların bəziləri zaman-zaman məni müxtəlif xöşagəlməz rəsmlərə tağ ediblər, “inboks”a arzuolunmaz mesajlar göndəriblər. Son vaxtlar isə bu kimi hadisələr daha da intensivləşib və bu səbəbdən də 10.05.2015-ci il tarixindən etibarən facebook səhifəmi bağlamaq qərarına gəldim".

Azadliq.info diplomatların öz facebook hesablarını bağlaması ilə əlaqədar xəbərin dəqiqliyini yoxlamaq üçün kiçik araşdırma aparıb. Nəticə etibarilə facebook axtarış sistemində bir sıra Avropa ölkələrindəki Azərbaycan səfirlərinin hesabına rast gəlinməyib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam