Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul etmədi

 

Xəbər verdiyimiz kimi, iyunun 1-də Avropa Parlamentindəki “Yaşıllar qrupu” iyunun 10-da Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində “İdman, insan haqları və Bakı oyunları” mövzusunda dinləmələr keçirilməsinə dair təklif irəli sürmüşdü.

"Xeberinfo.com":   Məlumata görə, bu dinləmələrin ideya müəllifləri Avropa Parlamemtinin sədri Martin Şults (keçmiş alkoqolik) və Avropa lesbiyanlarının lideri Ulrike Lunarçek idi.

Ancaq “yaşıllar”ın nümayəndələri, habelə Birləşmiş sollar (GUE) qrupu və ALDE (Avropa naminə liberallar və demokratlar Alyansı) təklif ediblər ki, təkcə dinləmələrlə kifayətlənmək olmaz, həm də Azərbaycana dair xüsusi qətnamə çıxarmaq lazımdır. Avropa Parlamentinin Prezident Komitəsində müzakirələr zamanı bu təklif qəbul edilməyib.

Virtualaz.org saytı xəbər verir ki, iyunun 8-də “Yaşıllar qrupu” yenidən Azərbaycana dair qətnamənin qəbuluna dair təşəbbüs irəli sürüblər və bu məsələyə dair səsvermədə israr ediblər.

Müzakirələr zamanı Ulrike Lunarçek və birləşmiş solların nümayəndəsi Mari-Kristian  Verjia Azərbaycana qarşı ittihamlarla çıxış ediblər, Leyla Yunusun azadlığa buraxılmasına çağırıblar. Onlar bildiriblər ki, qətnamə qəbulu olmadan şifahi dinləmələrin keçirilməsinin mənası yoxdur.

Lakin Avropa Parlamentindəki antiazərbaycan qruplaşması iflasa uğrayıb. Səsvermə zamanı səslər tən yarı bölünüb, 136 parlamentar qətnamənin qəbulunun lehinə, 136-ə əleyhinə səs verib.

Reqlamentə uyğun olaraq səslər yarıya bölündüyündən heç bir təklif keçməyib. Beləliklə, Azərbaycana qarşı daha bir qaralama kampaniyası uğursuz alınıb.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam