Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Azərbaycana qarşı kampaniyalarla bağlı dinləmələr keçirildi

 

Bu gün Milli Məclisdə I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan kampaniyalara həsr olunan dinləmələr keçirilib

"Xeberinfo.com":  “Report” xəbər verir ki, dinləmələr Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və deputatların təşəbbüsü ilə reallaşıb. 
Dinləmələrdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev, deputatlar, siyasi partiya təmsilçiləri, QHT rəhbərləri, ictimai fəallar iştirak ediblər.
V.Ələsgərov, A.Quliyev son zamanlar Azərbaycana qarşı aparılan kampaniyalardan danışaraq, bunu pisləyiblər.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bildirib ki, hazırki dövrdə Bakıda keçiriləcək I Avropa Oyunlarına qarşı aparılan kampaniyalar “Eurovision” mahnı müsabiqəsi zamanı da var idi: “Azərbaycana gəlib buradakı gerçək vəziyyəti görənlər bu kimi qarayaxma kampaniyalarının əsassız və yalan olduğunu görürlər”.
Hüquq müdafiəçisi Sahib Məmmədov qeyd edib ki, bəzi dairələr insan hüquq və azadlıqlarından istifadə edərək Azərbaycana qarşı çirkin kampaniya aparılır. O, Azərbaycana qarşı kampaniya aparan xarici QHT-ləri 3 qrupa bölüb: “Bunlardan birincisi Azərbaycana qarşı düşmən mövqeyində olan QHT-lər, digər qrup isə sifariş yerinə yetirən QHT-lərdir. Bu təşkilatlar Azərbaycana qarşı kampaniyalarda fəal iştirak edirlər. Digər qrup isə səhv informasiya əsasında Azərbaycana dair mənfi məlumatlarla yüklənən təşkilatlardır”.
Deputat Məlahət İbrahimqızı isə 100 ildir ermənilərə “qondorma erməni soyqırımı” ilə bağlı bütün dünyada təbliğat xarakterli məlumatların yayılması üçün şərait yaradıldığını xatırladıb: “Lakin bir neçə il öncə baş verən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılmasında Avropanın dili gödək, gözü də kor olub”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam