Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Səfir XİN-ə çağırıldı

 

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Malena Mard bu gün Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

 "Xeberinfo.com":   Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən məlumata görə, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev avropalı diplomata ötən gün Avropa Parlamentində qəbul edilmiş qətnamə ilə bağlı etirazını çatdırıb.

XİN-in mövqeyinə görə, bu sənəd qərəzli və destruktiv xarakter daşıyıb, müvafiq müzakirələr aparılmadan tələm-tələsik səsvermə yolu ilə qəbul edilib.

Azərbaycan XİN baçısının müavini bu sənədin ikitərəfli münasibətlərə böyük ziyan vurduğunu deyib: “Qətnamə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə əlaqədar qərəzli və təhrif olunmuş məlumatla doludur. Məxsusi olaraq sənəd fərdi cinayət hallarını siyasiləşdirilir və onların əsl mahiyyətinin ziddinə olaraq, əsassız iddialar irəli sürür”.

Rəsmi Bakı bəyan edib ki, Avropa Parlamentinin Azərbaycana münasibətdə daim seçimli yanaşması insan hüquqları məsələsinin Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunu göstərir: “Lakin Avropa parlamentinin üzvləri bilməlidirlər ki, belə cəhdlər ilkin başlanğıcdan uğursuzluğa məhkumdur. Bununla yanaşı qətnamənin müəyyən müddəalarında istifadə edilən həqarətli ifadə forması etik normalardan və çərçivələrdən kənara çıxır. Ölkəyə ünvanlanmış cəfəng və çirkin böhtanlar tamamilə qəbuledilməzdir və təşkilatın etibarlılığını ciddi sarsıdır. Eləcə də hədəfli sanksiyalar və viza qadağaları haqqında əsassız çağırışlar heç bir halda qəbul edilə bilməz”.

Nazir müavini vurğulayıb ki, eyni zamanda qətnamədə istifadə olunan “Dağlıq Qarabağ” ifadəsi beynəlxalq hüquqa zidd xarakter daşıyır və buna görə də qəbuledilməzdir: “Avropa qitəsi təxirəsalınmaz həll tələb edən çoxsaylı ciddi təhdidlərlə üzləşdiyi halda, Avropa Parlamentinin davamlı əsasda Azərbaycanda insan hüquqları məsələsinə diqqət yetirməsi təəccüb doğurmaya bilməz. Hesab edirik ki, Avropa Parlamenti tərəfindən BMT-nin insan hüquqları mexanizmləri, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən Aİ üzv dövlətində müəyyən edilmiş həddən artıq gücdən istifadə, hüquq-mühafizə orqanları tərəfindən pis rəftar, ayrı-seçkilik və dözümsüzlük, İslamofobiya, korrupsiya, miqrasiya problemləri və sair bu kimi sistemli insan hüquqları zorakılıqlarına zəruri diqqətin ayrılması daha məqsədəuyğun olardı. Avropa Komissiyası Avropa Parlamentini bu qınaq obyekti olan qətnamənin səsverməyə çıxarılmasının qarşısının alınması üçün ciddi addımlar atmaması təəssüf doğurur. Əksinə olaraq, Avropa Komissiyasının yüksək vəzifəli şəxslərinin bu yaxınlarda verdikləri açıqlamaları bu prosesə öz mənfi təsirini göstərdi”.

Malena Mard Azərbaycanın mövqeyinin Avropa İttifaqının aidiyyəti strukturlarına çatdırılacağını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam