Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

“T-50” superqırıcı layihəsi iflas ola bilər

 

 

Rusiyanın radarlara yaxalanmayan beşenci nəsil “T-50” qırıcı təyyarələrinin yaradılması layihəsi və onun xarici ölkələrə satışı dalana dirənə bilər.

"Xeberinfo.com":  Bu təyyarələrin əsas alıcısı olan Hindistanın Rusiya ilə apardığı danışıqlar tədricən nəticəsizliyə doğru gedir. Mətbuatda yayılan məlumatlara görə, hindlilər “T-50” qırıcılarında bir sıra ciddi texniki problemlər aşkarlayıblar. (The Week)

Rusiyanın 2020-ci ilə kimi planlaşdırdığı 52 ədəd “T-50” istehsalından yalnız 12 ədədini hazırlaya biləcəyini gözlənilmədən elan etməsi, bu məsələ ətrafında yaranmış xöşəgəlməzliyin ilk əlaməti kimi başa düşülməlidir. İndi artıq “T-50”nın eksport proqramı üçün, çətin günlərin başlayacağını əminliklə söyləmək olar. Beşinci nəsil qırıcılıarın istehsalı məsələsində Rusiya ilə yanaşı müştərək olaraq, Hindistan da işə cəlb olunub və bu gələcək investisiya qoyuluşunun davamı üçün mühüm əhəmiyyət daşıyır. ”T-50” təyyarələrin başa gəlməsinin maliyyəti tam olaraq dəqiq bilinmir. Müxtəlif hesablamalara görə, nəzərdə tutulan layihənin ümumi yekun məbləğı 10 milyarddan 30 milyard dollara qədərdir. Hindistan bu istiqamətdə artıq 5 milyard dollar xərcləyib.

Rusiya hələlik yalnız beş prototip hazırlayıb. ”T-50” qırıcılarının istehsalındakı ixtisarların başlıca səbəbi iqtisadi böhranla bağlıdır. Amma bununla yanaşı təyyarənin texniki tərəfində də hər şey qaydasında deyil. Elə məhz qırıcılardakı texniki problemlər barəsində hindlilər ruslara öz iradlarını bildiriblər. Uzun müddətdir ki, ”Business insider” portalı tərəfindən layihə barəsində mütəmadi olaraq, hindistanlıların məlumat və şərhləri geniş şəkildə işıqlandırılır. Həmin saytda təyyarə mühərrikinin gücü, radarlar, layihənin qiyməti və həmçinin də rusların təyyarə ilə bağlı olan dizayn və konstruksiya sənədlərini Hindistana verməkdən boyun qaçırmaları barəsində dəfələrlə hindistanlı məmurların şikayət dolu şərhləri dərc edilib. Bunlardan əlavə Hindistan layihədən böyük pay da almaq istəyir. Bu yaxınlarda “T-50” qırıcısının prototiplərindən biri Moskva yaxınlığındakı Jukovski aeroportuna enişi zamanı yanıb. Rusiyalı məmurlar tez-tələsik bildiriblər ki, hadisə zamanı təyyarə praktik olaraq, xəsarət almayıb.

Lakin qəza baş verən vaxtda orada olan Hindistan Hərbi Hava Güclərinin nümayəndəsini həmin qırıcıya baxmağa buraxmayıblar. Mətbuatın yazdığına görə baş verən hadisə barəsində Hindistan tərəfinə lazımı hesabat da təqdim olunmayıb. Öz növbəsində Hindistan isə iki tərəf arasında görüşün təşkili barəsindəki Rusiya Müdafiə Nazirliyinin göndərdiyi bir neçə sorğunu cavabsız qoyub. Demək olar ki, Rusiya ilə Hindistan arasındakı danışıqlar mahiyyət etibarı ilə dalana dirənib. Əgər “T-50” qırıcı təyyarələrinin hazırlanması proqramının inkişafını sırf iqtisadi problemlərə və neftin qiymətinin aşağı düşməsinə bağlayırlarsa, onda yəqin ki, Rusiya bu planı heç olmazsa gecikmiş qrafiklə də həyata keçirə bilər.

Lakin əgər bu işdə hansısa “sirli” texniki problemlər yer alırsa, onda Hindistan həmin layihədən tamamilə əl çəkəcək. Belə olan təqdirdə isə “T-50” layihəsi çox tezliklə yekunlaşmamış fiasko ilə üzləşəcək və planlaşdırılmış milyardlarla dollarlıq sərmayə puç olacaq. Nəticədə isə Rusiya beynəlxalq bazarda ən böyük potensial alıcısını itirəcək. Hazırkı vəziyyətdə Rusiya aviasiyası hələ də köhnə Sovet texnikasının bazası əsasında fəaliyyət göstərir. Digər tərəfdən isə bu cür şərtlər daxilində yeni qabaqcıl avia texnikanın inşası məsələsində Rusiya ABŞ və Çin ilə yarışa girə bilməz. Rusiya mövcud “SU-30” və “Su-35” kimi təyyarələrin yeni təkmilləşdirilmış variantlarının üzərində işləməlidir. Yaxşı olar ki, Rusiya öz güc və imkanlarını inqilabi ”T-50” qırıcılarının hazırlanmasına deyil, məhz mövcud təyyarələrin yenilənməsi və təkmilləşdirilməsi üzərinə cəmləsin.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam