Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İsrail Əsədin aviabazasını vurdu:F-35 qırıcıları ilə (VİDEO)

Suriya hakimiyyəti bəyan edir ki, ötən gecə Dəməşq ətrafındak əl-Mezza hərbi aerodromu İsrail tərəfindən raket zərbələrinə məruz qalıb.

Xeberinfo.com:   Xarici KİV-lərə istinadən xəbərə görə, Suriya hərbi komandanlığı İsraili bu “həyasız hücumun nəticələri” barədə xəbərdar edib və bildirib ki, terrorçularla, onların arxasında dayananlarla mübarizəni davam etdirəcək.

Suriya dövlət televiziyası hərbi qaynaqlara istinadən xəbər verir ki, hərbi aeroporta Tverii rayonu istiqamətindən gecə yarısı bir neçə raket buraxılıb. Nəticədə aeroportda güclü yanğın başlaıb, lakin tələfat barədə məlumat verilmir.

Əl-Mezza aeroportu Suriya diktatoru Bəşər Əsədin Respublika qvardiyasının əsas bazalarından biridir və qiyamçılar dəfələrlə aeroportu raket atəşlərinə tutublar. Ötən gec isə aerportda bir-birinin ardınca seriya partlayışlar baş verib və dərhal məlum idi ki, b dəfə məsələ daha ciddidir-zərbələri endirənlər üsyançılar deyil.

 

Suriya və Livan KİV-ləri Rusiyanın Suriyadakı Hmeymin aviabazasındakı mənbələrə istinad edərək bildirir ki, İsrail bu hücumda cəmi bir neçə həftə əvvəl ABŞ-dan aldığı beşinci nəsil F-35 qırıcılarını tətbiq edib. Əgər məlumatlar doğrudursa bu, F-35 qırıcılarının ilk döyüş tətbiqidir. Məlumata görə İsrail hücumda bir, yaxud iki F-35 qırıcısından istifadə edib.

Suriya dövlət KİV-lərinin məlumatlarına əsasən İsrail aviabazaya həm qurudan “yer-yer” tipli raketlərlə,  habelə havadan “hava-yer” raketləri ilə zərbə endirib. İddialara görə İsrail təyyarələri Livan üzərindən uçub və əl-Mezza aerortundakı hədəflərə üç raket zərbəsi endirib. Bundan sonra təyyarələr maneəsiz şəkildə öz bazalarına geri dönüblər. Təyyarələrin Suriya hava məkanına daxil olub-olmadığı haqda məlumat verilmir.

Məlumatlara görə İsrail təyyarələri hərbi aeroportun uçuş-enmə zolağını vurub, habelə Suriya ordusunun 4-cü tank diviziyasının qərargahına zərbə endirib. Bildirilir ki, havada İsrailin F-35 təyyarələrini digər təyyarələr müşaiyət edib.

Qeyd edək ki, ABŞ-ın “Lokheed Martin” şirkəti İsrailin sifariş etdiyi F-35 təyyarələrinin ilk partiyasını-iki təyyarəni ötən il dekabrın 12-də çatdırıb. Baş nazir Benyamin Netanyahu Azərbaycana səfərə yola düşməzdən əvvəl təyyarələrin qarşılanma mərasimində iştirak etmişdi. Təyyarələr İsrailin Neqev səhrasında yerləşən “Nevatim” aerodromunda dislokasiya olunub.

Eksertlərə görə əgər İsrail Suriyadakı hədəfləri vurmaq üçün F-35 təyyarələrinin ilk döyüş tətbiqini həyata keçiribsə burada iki məqsəd ola bilər: Birincisi, Suriya rejimi əl-Mezze aviabazası üzərindən Livana, “Hizbullah”a hansısa yeni silah partiyası göndərməyə hazırlaşırdı və bunun qarşısı alınıb. İkincisi, İsrail F-35 təyyarələrinin ilk döyüş tətbiqini sınaqdan keçirməklə hazırda Suriyanın hava sahəsinə nəzarət edən Rusiya hava hücumundan müdafiə sistemlərini, o cümlədən S-300 və S-400 zenit-raket komplekslərinin işini sınaqdan keçirmək istəyib. Doğrudur, Rusiya ara-sıra Suriyadakı hədəfləri vuran İsrailin hərbi təyyarələrinə müdaxilə etmir. Ancaq hazırda Rusiya hava hücumundan müdafiə sistemlərinin beşinci nəsil F-35 təyyarələrini aşkar edib-etmədiyi əsas məsələdir.Çünki İran da Rusiyadan S-300 sistemləri alıb və hesab edir ki, bu sistemlər İsrailin mümkün hava zərbələrinin qarşısını almağa imkan verəcək.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam