Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Putinin böyük şantajına son

 

Son vaxtlar ABŞ-ın artıq təbii qaz istehsalı üzrə dünyanın aparıcı ölkəsi olması haqqında bir çox televiziya reklamları çıxır. Həmin reklamlarda bu da göstərilir ki, ABŞ neft istehsalında birinci yerə doğru sürətlə irəliləyir.
"Xeberinfo.com":  Buna səbəb isə qazıntı işlərinin aparılması üçün federal hökumətin icazəsi lazım olan federal torpaqlarda neft və qaz istehsalı zəiflədiyindən siyasi yox, texniki xarakter daşıyır. Belə ki, hidravlik parçalama və ya frekinq üsulundan istifadə edilib dərin qazma işləri aparılaraq böyük miqdarda təbii qaz və neft çıxarılır. Nyu-York kimi bəzi ştatlar frekinq üsulunu qanundan kənar elan etsələr də, bir çox ştat bu metoddan daha çox istifadə etməyə başlayır. Bu ştatlar frekinq üsulunun “möcüzəvi” şəkildə yenidən canlandırdığı Şimali Dakotanı göstərirlər, belə ki, ölkənin hər yerindən insanlar bura aşağı əmək haqqı ilə belə işləməyə gəlirlər.
Ənənəvi neft istehsalçıları olan Pensilvaniya, Texas, Kaliforniya və digər ştatların yerli məşğulluq səviyyəsində də artım var. Yeni istehsal üçün boru kəmərləri tikilir.
Artıq Konqres yeni texnologiya ilə ayaqlaşmalıdır. 1970-ci illərdə qəbul edilmiş və hazırda qüvvədə olan qanunlar xarici ölkələrə neft və qaz ixracını qadağan edilir. Məsələn, Alyaska neft istehsalında böyüdükdən sonra Konqres ştatdan çıxarılan neftin xarici ölkələrə satışına qadağa qoyan qanun qəbul etdi. Nəticəsi isə Alyaska nefti neftdən məhrum olan Yaponiyaya satıla bilmədiyindən Kaliforniyaya göndərilir və Yaponiyaya Kaliforniya nefti satılırdı.
Bu qanunlar ləğv edilməlidir. Yalnız bundan sonra təbii qaz sənayesində təbii qazın mayeləşdirilməsi üçün müəssisələr tikilə, ABŞ Avropadakı müttəfiqlərinə mayeləşdirilmiş qaz nəql edə və bu ölkələrin Rusiyanın təbii qazından asılılığına son qoyula bilər. Bu da öz növbəsində transatlantik ittifaq üçün olduqca faydalı olacaq, çünki Rusiya bu sahədə ABŞ-ın Avropadakı müttəfiqləri üzərində olan təsirindən öz mənfəətləri üçün istifadə etməyə davam edir. Belə bir tədbir Azərbaycan və Türkmənistandakı yeni yataqlardan milyardlarla kubmetr həcmində qaz çıxarılması üçün istifadə olunan və istifadə olunacaq yeni qaz kəmərləri üçün də mükəmməl imkanlar yarada bilər.
2010-cu ilin mart ayında “Business Insider” saytında çıxan “Dünyanın Strateji Xəritəsini Dəyişən Qaz Kəmərləri” adlı məqalədə Türkmənistandan Hindistan və Çinə, Azərbaycandan da Avropaya milyardlarla kubmetr həcmində qaz nəql edilə biləcəyi haqqında məlumat verilirdi.
Ötən ay Gürcüstan, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən yeni boru kəmərinin təməli atılıb. Belə ki, 2018-ci ildən etibarən Azərbaycandan təbii qazın nəqli üçün istifadə olunacaq və Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçəcək 1850 km uzunluğunda boru kəmərinin tikintisi gedir. Tikinti üçün çəkiləcək xərcin 11 milyard dollar olması nəzərdə tutulub. Bu, Azərbaycan, Türkiyə və “British Petroleum” şirkətinin birgə sahib olduğu Trans-Anadolu (TANAP) qaz kəməridir.
TANAP xəttində Türkiyə illik istifadə edəcəyi təbii qaz həcmi 6 milyard kubmetr olacaq, qalan 10 milyard kubmetr isə Balkanlar və İtaliyadan keçərək Avropaya nəql ediləcək. Bu da öz növbəsində Rusiyadan nəql edilən təbii qaza olan tələbatın azalmasına kömək edəcək.
Azərbaycanda yeni təbii qaz yataqlarının kəşfi və istismarı üçün daha yaxşı bir vaxt ola bilməzdi. 
"The Hill" nəşri yazır ki, Azərbaycanda təbii qaz istehsalının intensiv inkişafı və qərb ölkələrinə nəqli Avropanı məmnun edir, çünki Rusiyadan fərqli olaraq, Qərb ölkələri ilə daha çox dostluq əlaqələri olan Azərbaycan qonşu ölkələrdə üsyan və ixtilaflara təkan vermir.
Təbii qaz sahəsi üzrə Azərbaycanın son vaxtlar fəal olması diqqətəlayiqdir, çünki Rusiya Azərbaycanda istehsal edilən qazı Avropa bazarlarından uzaq tutmaq və Azərbaycanın qaz ehtiyatlarını tükətmək üçün təbii qazı satın almağa çalışıb ki, Avropa Rusiyadan nəql edilən təbii qazdan asılı olmağa davam etsin. Ancaq yeni qaz yataqları və TANAP layihəsi Cənubi Qafqaza gözünü dikmiş Rusiyanı məyus edəcəyə bənzəyir.
Əsas neft və qaz istehsalçılarından biri və ABŞ-ın dostu olan Azərbaycan müsəlman ölkələri arasında, demək olar, ən mötədil və tolerant ölkədir. İyirmi il əvvəl Ermənistanın Azərbaycan torpaqlarının beşdə birinə qədərini işğal etməsini dəstəkləyən Rusiyanın Ermənistandakı ən böyük xarici hərbi bazası indi də davam edən işğalı dəstəkləyir.
ABŞ və Azərbaycanda təbii qaz istehsalının sürətlə artması və ABŞ qazının Avropaya nəqli Rusiyadan Avropaya təbii qaz ixracını azalda bilər. ABŞ və Azərbaycanın artan təbii qaz istehsallarının birləşməsi ilə Rusiyadan Avropaya təbii qaz satışının azalması ölkənin Şərqi Avropadakı nüfuzunun, iqtisadi və siyası hədələrinin də azalması ilə nəticələnə bilər.
Kim deyərdi ki, ABŞ və Azərbaycanın təbii qaz yataqlarının kəşfi və qaz istehsalı üzrə ortaq marağı Avropanın Rusiyadan siyasi və iqtisadi asılılığına son qoymağa kömək edə bilər? /ANSPress/

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam