Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Nazirlikdən 1 milyon manat fırıldağı

 

 

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) keçmiş komandasının mənə 1 milyon 124 min manat borcu var”.
"Xeberinfo.com":  Məlumata görə, bu iddia Modern.az-ın redaksiyasına şikayət məktubu təqdim edən vətəndaş Vahid Əliyev tərəfindən irəli sürülüb.
O, müraciətində bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş komandasının yüksək vəzifəli şəxsləri ilə qurduğu əlaqələr nəticəsində nazirliyin tikinti sahəsində işlərində iştirak edib. Lakin nazirlikdə baş verən məlum kadr dəyişiklərindən sonra işləri yarımçıq qalıb, tərəflər arasında olan razılaşmalar nəticəsində nazirliyin “VİR-LM İnşaat Ticarət“ MMC-nin timsalında Vahid Əliyevə 1 milyon 124 min manat borcu qalıb.
Müraciətdə baş verən prosesdə iştirak edən bütün şəxslərin və razılaşmaların şərtləri açıq şəkildə təqdim edilir. Lakin iddiaların ciddi olduğunu nəzərə alaraq, şikayət məktubunda adı çəkilən şəxslərin mövqelərini də təqdim etməyi vacib bildiyimiz üçün onlarla əlaqə saxlamağa çalışdıq.
İtiihamda adıçəkilən 5 vəzifəli şəxsdən yalnız biri ilə əlaqə yaratmaq mümkün oldugundan (digərləri ya zənglərə cavab vermir, ya da əvvəllər hamıya məlum olan əlaqə nömrələrini ləğv ediblər) yalnız onun fikirlərini təqdim etməklə müraciətin ümumi mahiyyətini açıqlayırıq.
Şikayətçi Vahid Əliyev 2011-ci ilin noyabr ayında qardaşı Rüfət Ağababa oğlu Əliyevin direktoru və təsisçisi olduğu “VİR-LM İnşaat Ticarət“ MMC-yə tikinti işi almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedib.
Görüşdüyü səlahiyyətli şəxslər (onlarla əlaqə yarada bildikdən sonra adlarını və fikirlərini təqdim etməklə mövzunu davam etdirəcəyik-red.) işbirliyinə razılıq vermək üçün şərt qismində nazir Füzuli Ələkbərovun adından təklif irəli sürüblər.
Təklif edilib ki, “VİR-LM İnşaat Ticarət“ MMC nazirliyin Buzovna qəsəbəsində yerləşən 9 saylı internat evinin əsaslı təmirini öz hesabına həyata keçirsə, gələcəkdə ona böyük həcmli təmir-tikinti işi veriləcək.
Çünki həmin işin tenderi keçirilib və qalib olan “VAFİ” MMC-yə avans olaraq 362 min manat pul ödənilib. “VAFİ” MMC (bu şirkət nazirliyin rəhbərliyinə məxsusdur – V.Əliyev) isə bu işi subpodratçı kimi üçüncü şəxslərə verib (əslində bu da qanun pozuntusudur – V.Əliyev).
Lakin həmin şəxslər avtomobil qəzasına düşərək həlak olub (söhbət 2011-ci ilin noyabr ayının 15-də Sanqaçal qəsəbəsi ərazisində avtomobil qəzasına düşərək həlak olan Vüqar Həsənov və Elxan Camalxanovdan gedir- V.Əliyev).
Nəticədə heç bir iş görülməyib və ayrılan pul arada batıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam