Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirliyin 8 əməkdaşı işdən çıxarıldı

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində həyata keçirilən islahat tədbirlərinin, bu sahələrdə əhaliyə göstərilən xidmətlərin praktiki tətbiqi məsələlərinə həsr olunmuş operativ müşavirə keçirilib.
Xeberinfo.com:   Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirdə nazirliyin aidiyyəti struktur bölmələrinin, rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin, Tibbi-Sosial Ekspert Komissiyalarının, sosial xidmət müəssisələrinin məsul şəxsləri iştirak edib.
Müşavirədə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, nazirliyin qarşısında duran əsas vəzifə ilbəil güclənən sosial siyasətin yüksək səviyyədə icrasını, əhaliyə xidmət sahələrinin müasirləşdirilməsini və şəffaflaşdırılmasını təmin etməkdir:
“Doğrudur, son illərdə ciddi nəzarət tədbirləri həyata keçirilir, fəaliyyətində nöqsanlara yol verənlərin ciddi şəkildə cəzalandırılması işləri görülür. Nəzarət tədbirlərinin müsbət nəticələri də var”.
Müzakirələrin nəticələrinə uyğun fəaliyyətində neqativ hallara yol verən iki Tibbi-Sosial Ekspert Komissiyasının sədri və iki Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru tutduqları vəzifədən azad olunub.
Bundan başqa, funksional vəzifələrinin icrasında nöqsanlar aşkarlanan 4 əməkdaş tutduğu vəzifədən azad olunub, 28 əməkdaş barəsində isə inzibati tənbeh tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam