Redaktor seçimi
Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Günün xəbəri

Sabiq nazirin həbsi gündəmə gəlir

 

 

Məlum olduğu kimi, 2013-cü il prezident seçkilərindən sonra Prezident İlham Əliyev hakim komandanı formalaşdırarkən bir neçə yüksək çinli məmuru vəzifədən uzaqlaşdırdı.
"Xeberinfo.com": Onlardan biri də uzun müddətdən bəri tənqid hədəfi olan əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərov oldu. Qeyd edək ki, F.Ələkbərovun dövründə bu sahəni bazara çevirməsi ciddi narazılığa səbəb olmuşdu. Hazırkı nazir Səlim Müslumovun təyinatından sonra xeyli irəliləyişlər əldə olunsa da, F.Ələkbərovun tör-töküntüləri hələ də problem yaratmaqdadır. Amma bu istiqamətdə aparılan mübarizə də nəzticəsini verir.
2014-cü ilin I yarımili ərzində görülmüş işlərlə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev dünən keçirdiyi mətbuat konfransında bu barədə görülən işlərdən danışıb. Onun sözlərinə görə, idarə tərəfindən məhkəmələrə göndərilən işlər arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 əməkdaşı barəsində 2 cinayət işi var. K.Əliyev bildirib ki, məhkəmələrə göndərilən işlər arasında Əmlak Məsələləri Dövlət Komitəsinin 2 əməkdaşı barəsində 2 cinayət işi, yerli icra hakimiyyətləri orqanlarının 2 işçisi barəsində 2 cinayət işi var: "Bələdiyyələrin 3 işçisi barəsində 3 cinayət işi, təhsillə bağlı 10 nəfər barəsində 10 cinayət işi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2 əməkdaşı barəsində 2 cinayət işi, bank və bank olmayan digər kredit təşkilatlarının 8 əməkdaşı barəsində 6 cinayət işi, "Azərenerji" ASC-nin 1 əməkdaşı barəsində 1 cinayət işi, "Azəriqaz" QSC-nin 2 əməkdaşı barəsində 1 cinayət işi, Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı barəsində 1 cinayət işi, Kənd Təsərrüfatı Nazirliyinin 2 əməkdaşı barəsində 1 cinayət işi, ticarət sahəsində çalışan 16 şəxs barəsində 16 cinayət işi, tikinti sektoru üzrə 6 şəxs barəsində 4 cinayət işi, özəl sektorda çalışan 12 şəxs barəsində 12 cinayət işi var".
Göründüyü kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 əməkdaşı barəsində araşdırma aparması və qanunsuz əməl törədənlərin həbsi bu sahədə ciddi işlərin görüldüyünü sübut edir.
"Unikal"ın əldə etdiyi məlumata görə, hazırda istintaq altında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri vəzifələrindən sui-istifadə edərək aldıqları külli miqdarda rüşvətlə bağlı ilginc faktlar açıqlayıblar. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, istintaq altında olan məmurlar bütün işlərdə keçmiş nazir Füzuli Ələkbərovun əli olduğunu bildiriblər: "Onsuz da hamıya məlumdur ki, bu günə kimi korrupsiya və rüşvətxorluğa qarşı mübarizə adı ilə həbs olunan məmurların çoxu kiçik rütbəli şəxslərdir. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin tutduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 əməkdaşı elə də ciddi fiqur deyillər. Onların təkbaşına, yuxarının əmri olmadan bu boyda işə girişməsi mümkün deyil. Artıq Füzuli Ələkbərov nazir deyil. Onun güdazına gedən kiçik sosial məmurlar hər şeyi üzərilərinə götürmək fikrində deyillər. Məndə olan məlumata görə,onlardan bir neçəsi artıq Füzuli Ələkbərovun əleyhinə ifadə veriblər. Digərlərinin də analoji ifadə verəcəkləri şübhəsizdir. Yəni, bu işin axırı gedib Füzuli Ələkbərova çıxacaq".
Onu da nəzərə çatdıraq ki, dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə başlayıb. Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Elman Əliyevin mərkəzin əməkdaşları ilə cinayət əlaqəsinə girərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib. Onlar dövlət büdcəsindən vətəndaşlara ayrılmış ünvanlı sosial yardımın 115 min manat məbləğində vəsaitini israf etmə, talama yolu ilə ələ keçiriblər. Bəxtiyar Məmmədov, İradə İsmayılova, Sərdar Rüstəmov, Elşad Əhmədov və Şəhriyar Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı), mərkəzin digər əməkdaşları Teymur Quliyev və Natiq Vəlizadəyə isə həmin məcəllənin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə ittiham olunurlar. Hakim Elbəyi Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı iyulun 22-nə təyin olunub.
Məlumatda o da iddia olunur ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesində də F.Ələkbərovun adı gündəmə gətirilə bilər. Onun sözlərinə görə, hazırda həbsdə olan məmurların ifadələri əsasında keçmiş nazir də istintaqa cəlb oluna bilər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam