Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Etibar Pirverdiyevin "anormal paket" sistemi

 

İnşasına 2007-ci ildən başlanılan Sumqayıt Texnologiyalar Parkı Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən ən böyük layihə hesab oluna bilər.

"Xeberinfo.com":   Hazırda özündə 17 zavodu birləşdirən böyük Texnopark 2009-cu il dekabr ayının 22-dən istismara verilmişdir. Bu layihəyə nə qədər investisiya qoyulduğu açıqlanmasa da, bunun 100 milyonlarla ölcülə biləcəyi şübhə doğurmur.
Çünki fəaliyətə başlayan zavodlarda ən müasir, ən son və təbii ki, ən bahalı avadanlıq və texnologiyalardan istifadə edilir. Belə ki, Sumqayıt Texnologiyalar Parkında ”Liebherr”, “Komatsu”, “Hitachi”, “Bomag”, “Borg”, “Mercedes” və s. kimi dünyanın qabaqcıl texnikasından, maşın və mexanizmlərindən istifadə edilir. Hazırda Sumqayıt Texnologiyalar Parkında (STP) Kabel zavodu, Plastik boru zavodu, Alüminium və mis profillərinin istehsalı zavodu, Ağır maşınqayırma zavodu, Qaynar sinkləmə zavodu, Dəqiq emal mərkəzləri zavodu, Texniki qazlar istehsalı zavodu, Metal əritmə zavodu, Elektron cihazlar zavodu, Günəş kollektorları və qazanların istehsalı sexi, Yüksək gərginlikli elektrik avadanlıqları zavodu, Toz boya sexi, Maye karbon qazı emalı zavodu, Külək enerjisi qurğusunun dayaq və energitika sisteminin hazırlanmasını həyata keçirən zavod və sair müəssisələr fəaliyyət göstərir.
3STP250 hektar ərazisi olan və tərkibində 17 zavodu birləşdirən texnoparkda 4500-dən çox işçi çalışır. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan  və Cənubi Qafqazda unikal istehsalat kompleksi olan STP yaxın gələcəkdə ixrac təyinatlı məhsul istehsalı ilə məşğul olan 30 müəssisəni əhatə edəcək. Yeni zavodlar istifadəyə veriləndən sonra işçilərin sayı 10 min nəfərdən çox olacaq.

Əlbəttə, ökədə qeyri-neft sektorunun inkişafı baxımından belə böyük layihələrin həyata keçirilməsi vacibdir. Ancaq təəssüf ki, ölkənin gələcəyi baxımdan böyük əhəmiyyət daşıyan bu layihələrin icrasına məsul olan şəxslər də qanunsuzluqlara, ədalətsizliyə və mənimsəmələrə yol verirlər. Hər halda Saleh Məlikzadə adlı vətəndaşın “AzPolitika.info”ya göndərdiyi şikayət məktubu belə söyləməyə əsas verir.
Məktubda bildirilir ki, öljkədə ən böyük texnopark olan Sumqayıt Texnologiyalar Parkında özbaşınalıq hökm sürür: “Burada hər addım başı isçilərin hüquqları pozulur. Bəzən əmrlə ümumi işə cəlb edirlər, əvəzində heç bir ödəniş aparmırlar”.

2STPMəktub müəllifinin sözlərinə görə, Sumqayıt Texnologiyalar Parkında əmək haqqı əsasən “paket sistemi” ilə aparılır: “Kimə nə qədər istəyirlər o qədər də verirlər. İşdən icazə alanda işçinin maaşından pul çıxırlar. Amma əlavə təqdimat yazıb işə çağıranda, yalnız aklad hissəsindən pul ödəyirlər. Aklad isə 200-300 manatdır. Ümumiyyətlə, burada maaş sistemi çox anormal qurulub. İşcilərin rəsmi əmək haqqı 200-300 manat olsa da, bəzilərinə ayda 700-800 manat, bəzilərinə isə 100-150-200 manat “paket” verirlər. Nəticədə eyni söbədə eyni işi görən adamlardan biri ayda 1000 manat, digəri isə 400-500 manat əmək haqqı alır. Bunu necə başa duşmək olar? Axi hər ikisi eyni işi görür, maas fərqi də maksimum olsun 50-100 manat… Daha bu qədər də olmaz axı”.

Məktub müəllifi rəhbər işçilərin “paketlərinin” daha yüksək olduğunu bildirir: ”Zavod rəhbərlərinə, bəzi söbə rəhbərlərinə və sair vəzifəli şəxslərə ayrıca “paket” gəlir. Onların “paketi” ayda 2000 manatdan 15 000-20 000 manata kimi dəyişir”.
Məktub müəllifi bunun səbəbini özbaşınalıqla izah edir: “Qanunları heç sayırlar. Kim rəhbərliyə birbasa və dolayısı yolla yaxındırsa, onun maaşını qaldırırlar. Qalanları isə aşağı maaaş alır. Buna son qoymaq lazımdır. Normal əmək haqqı sistemi yaradılmalı və bu ədalətsizlik aradan qaldırılmalıdır. Eyni sahədə, eyni işdə çalışanların əmək haqqı arasında fərq maksimum 50-100 manat ola bilər. Bu məsəni işıqlandırsanız, Texnoparkın bütün kollektivi sizdən razı olar.”

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı 6 aprel 2012-ci ildə Vergilər Nazirliyində “Sumqayıt Texnologiyalar Parkı” MMC kimi qeydiyyatdan keçib. Vergilər Nazirliyinin 6 aprel 2012-ci il qeydiyyat məlumatında “Sumqayıt Texnologiyalar Parkı”nın sahibinin adı da göstərilib: “AZENCO GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti.

Texnoparkın icraçı direktoru Sahib Musayev olsa da, burdakı bütün işlərə nəzarət “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev tərəfindən həyata keçirilir. Hər halda son vaxtlara qədər belə olub. İşcilər də “STP”-nin rəhbəri kimi Etibar Pirverdiyevi tanıyırlar. Hətta bir ara mətbuata şikayət edən işçilər Texnoparkdakı sexlərdən birinə rəhbərlik edən Etibar Pirverdiyevin bacanağı Zeynal Yunusovun özünü bütün zavodun ağası kimi apardığını bildirmişdilər.

Bundan əlavə Texnoparkdakı malliyə məsələlərinə Pirverdiyevin şəxsən nəzarət etdiyinə dair məlumatlar var. Bu baxımdan Texnoparkda tətbiq olunan anormal “paket” sisteminin müəllifinin də Pirverdiyev olduğunu ehtimal etmək olar. Hansı ki, bu işçilər arasında narazılıq yaradıb…

Onu da qeyd edək ki, “Azərenerji”dəki son auditin nəticələri Etibar Pirverdiyevin enerji sektorunu batırdığını, bu sahəyə ayrılan milyardlarla vəsaiti təyinatı üzrə xərcləmədiyini ortaya çıxarıb. Şikayətlərdən belə məlum olur ki, Sumqayıt Texnologiyalar Parkında da vəziyyət fərqli deyil.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam