STP-nin icraçı direktoru MTN-ə niyə aparılmışdı?
Ölkəmizin ən iri sənaye müəssisələrindən biri hesab edilən Sumqayıt Texnologiyalar Parkına (STP) bəslənən ümidlər təəssüf ki, özünü doğrultmur.
Xeberinfo.com: Qeyd edək ki, bu müəssisə qeyri neft sektorunun inkişaf etdirilməsi, sənaye potensialının artırılması məqsədilə işə salınmışdı. Amma gözləntilər nəinki özünü doğrultmadı, əksinə STP-də işlər qaydasına düşmək əvəzinə, vaxt ötdükcə daha da pis məcraya yönəlir.
Məlumat üçün bildirmək istəyirik ki, Sumqayıt Texnologiyalar Parkının ümumi sahəsi 479180 kvadratmetrdir. İstehsalat sahəsi isə 438992 kvadratmetr təşkil edir. Parkda 17 zavod fəaliyyət göstərir. Adıçəkilən müəssisədə nöqsanlar kifayət qədər olsa da bugünkü mövzumuz heç də bu deyil. “Unikal”a daxil olan şok informasiyalarda STP və onun himayədarı olan "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyevin adının qalmaqallı “MTN işi”nə görə hallandırılmasından bəhs olunur. Bu haqda bir qədər sonar daha ətraflı, hələlik isə STP-nin “MTN işi”nə görə adı hallanan icraçı direktorunu yaxından tanımağa çalışaq...
STP-nin icraçı direktoru Sahib Musayev əslən Qazax rayonunun Köçvəlli kəndindəndir. O 2006-cı ildən Yüksək Gərginlikli Elektrik Avadanlıqlar ASC-nin sədri işləməyə başlayıb. 2007-ci ildən "AZENCO" ASC-nin sədr müavini kimi Sumqayıt Texnologiyalar Parkının inşa edilməsinə cavabdeh şəxs kimi fəaliyyət göstərib. 2013-cü ilin yanvar ayından Sumqayıt Texnologiyalar Parkı ASC-dən ayrılaraq ayrıca müəssisə kimi fəaliyyət göstərməyə başlayıb. Sahib Musayev də STP-nin icraçı direktoru təyin olunub. "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyevin ən yaxın adamlarından biri kimi tanınan icraçı direktorla bağlı bu günə qədər ölkə mətbuatında çeşidli tənqidi məqalələr dərc olunub.
İndi isə “Azərenerji” sədri Etibar Pirverdiyev və STP-nin icraçı direktoru Sahib Musayevi MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilən sabiq rəisi, general-mayor Akif Çovdarovla birləşdirən ilginc olayın təfərrüatlarına nəzər salaq. Qəzetimizi məlumatlandıran mənbənin bildirdiyinə görə, MTN-nin zərərsizləşdirilən mütəşəkkil cinayətkar qruplaşmasının ən qəddar personası olan general Akif Çovdarov STP-nin icraçı direktoru Sahib Musayevlə də “haqq-hesab” çəkibmiş. Həmin məlumata görə, Sumqayıt Texnoloji Parkında baş vermiş hansısa şok maxinasiya haqda məlumatlı olan Akif Çovdarov Sahib Musayevi MTN-ə çağırtdırıb. 3 sutka onu MTN-də girov saxlayan Akif Çovdarovun Sahib Musayevi hansı maraqlar qarşılığında azad etməsi da çox maraqlıdır. Mənbəmiz bununla bağlı deyir ki, 3 gün MTN-də saxlanan Sahib Musayev Akif Çovdarova fantastik məbləğdə rüşvət ödəyərək azadlığını satın alıbmış.
Sözügedən olayla bağlı maraqlı məqamlardan biri isə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin də həmin mövzuyla bağlı MTN-də, Akif Çovdarovun qəbulunda olmasıdır. Təbii ki, Etibar Pirverdiyevi Akif Çovdarovun qəbuluna gətirən səbəblər Sahib Mustafayevin MTN-də saxlanması ilə bağlı olub.
Xatırladaq ki, Akif Çovdarova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, reketlik, quldurluq əməlləri ilə yanaşı adam oğurluğu maddəsi üzrə də ittiham irəli sürülüb.