Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Azərbaycanda ucuz avtomobil istehsalına başlanılır

Azərbaycanda ucuz avtomobil istehsalına başlanılır

 

Azərbaycanda yeni avtomobil istehsalı başlayır. Söhbət “Azevrocar” şirkəti ilə və “İran Khodro” şirkətinin birgə istehsalı olacaq avtomobillərdən gedir.

Yenixeber.org xəbər verir ki, Neftçalada Sənaye Məhəlləsində yeni avtomobil zavodu iyun ayından fəaliyyətə başlamalı idi. Amma zavodun tikintisində bir qədər yubanma olub.

“Azevrocar” şirkətinin rəhbəri Emin Axundov bildirib ki, yayın bir qədər isti keçməsi zavodun tikintisində gecikməyə səbəb olub. Bununla belə, tikinti ilə bağlı işlərin 75%-i görülüb. Hazırda sendviç panellərin, istilik və soyutma sistemlərinin qurulması, kommunikasiya işləri görülür. Ümumilikdə son tamamlanma işləri 2 ay ərzində yekunlaşacaq. Yeni avtomobil zavodunun oktyabr ayında açılması planlaşdırılır.

Zavodda əvvəlcə “İran Khodro” markasına aid 4 modelin – “Runna”, “Dena”, “Samand” və “Soren” avtomobilllərinin yığımına başlanılacaq. Ehtiyat hissələrinin bir hissəsinin yerli zavodlarda istehsalı planlaşdırılır. Bunun üçün həmin zavodlara təkliflər veriləcək.

Ehtiyat hissələrinin bir hissəsini STP və SOCAR zavodu istehsal edəcək. Zavodların test məhsulları İran şirkəti tərəfindən müsbət rəy alarsa, ehtiyat hissələrinin istehsalı başlayacaq. Avtomobil zavodu ehtiyat hissələrinin istehsalı ilə bağlı Sumqayıt Texnologiyalar Parkı, o cümlədən plastik hissələrin istehsalı üçün SOCAR-ın yeni tikiləcək zavodu ilə əməkdaşlıq etməyi planlaşdırır.

Yığılan avtomobillərin 15-20%-i xaricdə satılacaq. E.Axundov bildirib ki, xarici bazar olaraq MDB ölkələri və Mərkəzi Asiya ölkələri nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə ildir ki, Naxçıvan Avtomobil Zavodunda Çinin “Lifan” şirkəti ilə birgə “Naz Lifan” avtomobilləri yığılır. Amma avtomobil zavodu alıcı tapmaqda çətinlik çəkir. Satışların böyük hissəsi də, demək olar ki, birbaşa dövlət sifarişlərinin payına düşür. Bu baxımdan, yeni istehsal ediləcək avtomobillərin necə bazar payı əldə edəcəyi məsələsinə gəlincə, E.Axundov bildirib ki, zavodda yığılacaq avtomobillər həm qiymət, həm də kefiyyət baxımından bazarda rəqabətə davamlı olacaq: “Azərbaycan bazarında ən ucuz təzə avtomobilləri biz satacağıq. Yeni modellərin qiymətləri 10-12 min manat aralığında dəyişəcək. Müqayisə üçün, hazırda Azərbaycan bazarında bu qiymətə, demək olar ki, yeni avtomobil yoxdur”.

Yeni yığılacaq avtomobillərin kefiyyətinə gəlincə, şirkətdən bildiriblər ki, marka Avro 5 standartları üzrə kefiyyət sertifikatı alıb. Avtomobillərin kefiyyəti tam yüksək səviyyədə olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam