Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanda koronavirusun yayılmasında 2-ci dalğa başlayıb?

 

         

 Ekspertlər karantin rejiminin yumşaldılmasını doğru və qaçılmaz addım hesab edirlər

Yenixeber.org: İyunun 1-nə olan məlumata əsasən Azərbaycanda 5662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 3508 nəfəri müalicə olunaraq sağalıb, 68 nəfər vəfat edib, 2086 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 55 nəfərin vəziyyəti ağır, 69 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkədə son günlər yoluxma hallarının artması müşahidə edilir. Bu səbəblə ortaya məntiqi suallar çıxır ki, hökumət karantin rejimi ilə bağlı yumşalmaya getməkdə tələsdimi? Bəlkə xüsusi karantin rejimini davam etdirmək daha doğru olardı? Yaxud da, tam tərsi, bəlkə elə əvvəldən Belarus, İsveç kimi heç sərt karantin rejimi tətbiq olunmamalı idi? Hazırkı yoluxmaları virusun yayılmasında ikinci dalğa adlandırmaq olarmı? Hökumət nə etməlidir, hansı addımları atmalıdır?

Tanınmış androloq-uroloq Vasif İsmayıl hökümətin yumşalmaya vaxtından tez getməsi barədə heç bir fikrinin olmadığını söylədi:

“Bu, əlbəttə ki iqtisadi səbəblərdən ola bilər. İkincisi isə, ictimai səbəblərdən atılmış addım da ola bilər. Çünki insanlar artıq evdə oturmaqdan bezmişdilər, onların daxilində etiraz kifayət qədər çox idi. Eyni zamanda, başqa ölkələrdə də karantin rejimlərinin yumşaldılmasına başlanmışdı. Mənə elə gəlir ki, belə bir şəraitdə bizim hökumətin də karantin rejiminin yumşadılmasından başqa çarəsi qalmamışdı.”

İsveç və Belarus modelinin nə dərəcədə uğurlu olmasına toxunan V.İsmayıl qeyd etdi ki, İsveç əslində karantin tətbiq edib: “İsveç bir qədər yumşaq karantin tətbiq etdi. Hətta onların səhiyyə nazirinin etirazı olmuşdu ki, İsveçdə karantin tətbiq olunmadığı haqda deyilənlər yalandır. Sadəcə, onlar bir qədər yumşaq karantin tətbiq etdilər. Buna baxmayaraq, onlarda ölüm faizi digər Skandinaviya ölkələrinin cəmindən daha çoxdur. Belarusda açıqlanan rəsmi rəqəmlərə isə heç kəs inanmır.”

Həkim yoluxanların sayının son günlər artmasını ikinci dalğa hesab etmir:

“Bu, daha çox yoluxmuş insanı təsbit etdiyimiz mənasına gəlir və test sayının çoxluğundan qaynaqlana bilər. Bu, o demək deyil ki, koronavirus ölkəmizdə sürətlə artır. Bəlkə də, həqiqətən belədir, hər halda, ikinci dalğa olduğu zaman biz bunu hiss edəcəyik.”

Hökümətin belə bir məqamda nə etməli olduğuna gəlincə, V.İsmayıl düşünür ki, hökumət əlindən gələni edib: “Amma insanlar sosial məsafə, tibbi maskalardan istifadə və s. kimi qaydalara riayət etmək istəmirlər. Hökumət öz tərəfindən lazım olan şeyləri etdi, səhiyyə sistemini gücləndirdi. Səhiyyə sistemini kütləvi xəstə axınına uyğunlaşdırdı və ona görə də indi nisbətən rahatdır.”

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əlməmməd Nuriyev də hesab edir ki, hökumət karantin rejimində yumşaltmaya getməkdə tələsməyib:

“Baxmayaraq ki, son günlər koronavirusa yoluxmada müəyyən artım var, dövlətin artıq bununla bağlı hazırlıqlarını gördük. Karantin rejiminin tətbiqi labüd idi. Nəinki bizim dövlətimiz, digər ölkələr də koronavirusun yayılmasına hazır deyildilər. Səhiyyənin inkişaf etdiyi bir dövrdə belə, bu cür hallar baş verə bilər. Heç bir dövlətin buna hazır olmadığı bir vaxtda karantin rejiminin təbtiqi zəruri idi. Həm xəstəxanaların, həm də əhalinin və bütövlükdə dövlət qurumlarının hazırlanması çox vacib vəzifə idi. Dövlət karantin rejimi dövründə bir çox fəaliyyətlər həyata keçirdi, həm də insanları inandırmağa çalışdı ki, bu virus çox təhlükəlidir və hər kəsin həyatına təhlükə yarana bilər, ona görə də, sosial izolizasiya tədbirlərinin həyata keçirilməsi vacibdir.”

Ə.Nuriyev əlavə etdi ki, xəstəxanaların hazırlanması, lazım olan avadanlıqların alınıb, ölkəyə gətirilməsi həll edilib:

“Azərbaycan xəstəxanalarının vəziyyəti və yaradılmış infrastruktur imkan verir ki, yoluxanlar müalicə prosesindın keçsinlər və sağalsınlar. Azərbaycanda da ölüm halları var, amma digər ölkələrlə müqayisədə qat-qat aşağı səviyyədədir. Digər məqam budur ki, virusun nə zaman tamamilə başa çatacağı ilə bağlı dünyada aydın təsəvvür yoxdur. Çünki peyvəndin əldə olunması hələ uzun çəkəcək. İnsanlar yaşamalıdır, işləməlidir, dövlət müəssisələri fəaliyyət göstərməlidir. Yoxsa, iqtisadiyyat çökə bilər. Dövlətin o qədər böyük maliyyə resursları, ehtiyatları yoxdur ki, uzun müddət insanların ehtiyaclarını ödəyə bilsin. Ona görə də, yumşalma baş verməli idi. Hesab edirəm ki, bu, doğru addımdır. Sadəcə olaraq, vətəndaşlarımızın məsuliyyəti gücləndirilməlidir. Sosial izlozasiya, maskadan istifadə məsələlərinə diqqətlə yanaşmalıdırlar. Digər ölkələrə baxanda bizim vətəndaşlarımız daha intizamsız görünür. Düzdür, vətəndaşlarımız bu qaydalara bir müddət əməl etdilər, amma artıq qaydalara məhəl qoymaq istəmirlər. Hər kəsin sağlamlığı həm də onun öz əlindədir. Buna görə, sosial məsuliyyətimizi başa düşməliyik.”

Hazırkı yoluxmaları virusun yayılmasında 2-ci dalğa adlandırmağın mümkünlüyü barədə sualı cavablandıran Ə.Nuriyev TƏBİB-in İdarə Heyətinin sədrinə istinadən bildirdi ki, sayın artımı gözlənilən idi: “Mən insanlara davranışlarına daha çox diqqət yetirmələrini tövsiyə edirəm. İntizama öyrəşməliyik. Elə düşünməməliyik ki, bu məsələ ötüb keçən xırda bir məsələdir və kimlərinsə uydurmasıdır. Əgər bu gün dünyada 6 milyondan artıq şəxs bu virusa yoluxubsa və 350 minə yaxın şəxs vəfat edibsə, deməli, ciddi bir xəstəliklə üz-üzəyik. Azərbaycanın özündə də ölüm faktları var. Biz də dünyanın bir parçasıyıq, ona görə də adekvat addımlar atmalıyıq.”

Hökumətin bundan sonra nə etməli olduğna gəldikdə isə, ekspert hesab edir ki, Operativ Qərargah ayrı-ayrı qurumlarla məsləhətləşmə prosesini bir qədər genişləndirməlidir:

“Eyni zamanda, vətəndaş cəmiyyətinin potensialından da istifadə edilməsi çox vacib məsələdir. Sanki vətəndaş cəmiyyəti bütövlükdə bu proseslərdən kənarda qalır. Halbuki öz potensialını ortaya qoya bilərdi. Ona görə də, Operativ Qərargah vətəndaş cəmiyyətini də məsləhətləşmələrə dəvət etsə, çox yaxşı olar. Hökumət bu sahədə böyük vəsait xərcləyir. Bu xərclərin monitorinqinin aparılmasına ehtiyac var. Böyük satınalmalar həyata keçirilir, bu proseslərə ictimai nəzarət zəruridir. Yenə də gec deyil, vətəndaş cəmiyyəti olaraq bu proseslərə daha geniş miqyasda, daha sistemli iştirak edə bilərik.”(pressklub)

Ülviyyə Şahin

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam