Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

 Elmar Məmmədyarovu müxalifət lideri əvəzləyir?-Erməni mediası yazır

 

 Hakimiyyətdən 234 min manat məbləğində kompensasiya və bəraət alan ReAL liderini ermənilərin “Lragir.am” saytı da vəzifə ilə “mükafatlandırıb”

Yenixeber.org: Xəbər verdiyimiz kimi, aprelin 23-də Ali Məhkəmənin Plenumunda ReAL Partiyasının sədri İlqar Məmmədov və partiyanın İdarə Heyətinin üzvü Rəsul Cəfərov barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Nədənsə bu xəbərdən ölkədəki “ReAl”çılardan daha çox erməni saytları qeyzə gəlib, artıq ona vəzifə də biçiblər. “lragir.am” saytı “Məmmədyarovun yerinə kimin təyin ediləcəyi artıq məlumdur?” başlıqlı xəbərdə parlamentdə XİN rəhbərinə qarşı deputatlardan bir neçəsinin çıxışını nazirin yola salınacağı kimi yozub:

“Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa ölkəsinin xarici işlər naziri Elmar Məmməmədyarovu səriştəsizlikdə və Qarabağ nizamlanması ilə bağlı siyasət yürütmək sahəsində Prezident İlham Əliyevə kömək edə bilməməkdə günahlandırıb. Azərbaycanlı deputat Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin Qarabağla bağlı “ümidverici” açıqlamalar verdiyini, Ermənistanın xarici işlər nazirinin isə ona danışıqlar prosesini darmadağın etməklə cavab verdiyini və bundan sonra azərbaycanlı nazirin həmsədrlərlə yalnız karantin və barışıq barədə danışdığını xatırlatmaqla onu “dişsizlik”də ittiham edib.Göründüyü kimi, Məmmədyarovun istefası gözlənilir və onun yerinə son dərəcə gözlənilməz bir şəxs təyin edilə bilər”.

 
Daha sonra erməni saytı Azərbaycan Ali Məhkəməsi tərəfindən gözlənilmədən müxalifət partiyasının lideri İlqar Məmmədova qanunsuz həbs və mənəvi ziyana görə 234 min manat məbləğində kompensasiya ödənilməklə əvvəlki qərarların hamısının ləğv edilməsi və bəraət verilməsini xatırladaraq İlqar Məmmədovun Azərbaycanın xarici işlər naziri təyin ediləcəyini iddia edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam