Redaktor seçimi
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Günün xəbəri

10 milyon qaçqın koronovirus testindən keçirilməyib – Qərb üçün yeni fəlakət siqnalı

 

 Hazırda dünyada müharibə və iğtişaşlar nəticəsində 70 milyondan çox insan evindən didərgin düşüb, onların 10 milyon nəfəri qaçqın düşərgələri və qeyri-rəsmi sığınacaqlarda yaşayır. Bu şəxslərdən heç biri koronovirus testindən keçməyib.

Yenixeber.org: “The Associated Press” agentliyi yazır ki, bu düşərgələrin çoxu nisbətən təcrid olunub və bu, virusun yayılmasınıönləyə bilər. Di gəl, test aparılmırsa, adamlarda simptomlar üzəçıxanadək virus yayılmaqda davam edə bilər. Bu isə qaçqınlar üçün fəlakətli nəticələr deməkdir.

“Testlər Nyu York və Norveçdə dəçatışmır, amma planetin cənub hissəsində kömək etməyəçalışdığımız adamlar üçün demək olar heç mövcud deyil”, – Norveç Qaçqın Şurasının başçısı Jan Egeland agentliyə deyib.

Təşkilat bu yaxınlarda çalışdığı 30 ölkənin hamısında araşdırma apararaq üzəçıxarıb ki, insanlar xəstələnməyincə testdən keçməyiblər.

Məsələn, müharibə gedən Suriyanın İdlib vilayətindəşübhəli koronovirus xəstələrini kiçik bir tibb ocağı qəbul eləyə bilər. Dünyanın ən böyük qaçqın düşərgəsi sayılan Banqladeşdə isə yardım işçiləri ard-arda təcrid obyektləri tikirlər.

“Bu virus Amerikada hər gün adam öldürürsə, sizcə, bizim başımıza nə gələr? – Keniyanın Dadaab düşərgəsində göyərti satan Maryam Abdi deyib. 

Bu düşərgədə ucu-bucağı görünməyən çadırlarda 217 min nəfər yaşayır.“Hamımız məhv olarıq,– Abdi söyləyib.

Agentlik yazır ki, qərb ölkələri pandemiyanı nə vaxtsa önləyə bilsələr də, nəzərə almalıdırlar ki, virus dünyanın ən zəif qrupu arasında yayılmağa başlasa, istənilən vaxt geri qayıda bilər. Bir çox düşərgələrdəki şərait sosial məsafə, yaxud tez-tez əl yumaq qaydalarını mümkünsüz edir.

Egeland deyib ki, hazırda düşərgələrdə yaşayan qaçqınların sayı dəqiq bəlli deyil, amma onların qaçın və məcburi köçkünlərin sayının 10-15 faizini təşkil etdiyi bildirilir.

Artıq İtaliya, Almaniya, İran, Avstraliya və Yunanıstanda qaçqınlar arasında virus qeydə alınıb. Yoluxanların çoxunda yüngül simptomlar üzə çıxır. Amma koronavirus ağır xəstəlik vəölümlə sonuclana bilər. Yüksək səviyyədə yoluxucu virus hətta sağlam şəxslər arasında da yayılır.(azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam